Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində yarımçıq dayandırılan "Kukesi" - "Legiya" matçında yaşananlara avqustun 3-də baxılacaq.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA Nizam-İntizam Komitəsinin oyunda baş verən qalmaqalla bağlı hər iki komandanı cəzalandıracağı gözlənilir.
Albaniyada keçirilən matçın ikinci hissəsində meydan sahiblərinin azarkeşləri qonaqlara hücum çəkərək onları milliyətçi bannerlərlə təhdid ediblər. Daha sonra həm "Kukesi", həm də "Legiya"nın azarkeşləri meydana yad əşyalar atıb. Belədə meydana atılan daşlardan biri Polşa klubunun futbolçusu Andrey Duduya dəyib. Ciddi xəsarət alan futbolçu meydandan xərəklə aparılıb. Görüşün baş hakimi 51-ci dəqiqədə matçı yarımçıq dayandırmaq qərarına gəlib.
Qeyd edək ki, 51-ci dəqiqəyə qədər "Legiya" 2:1 hesabı ilə öndə idi. Həmin görüşdə baş verən qalmaqala meydan sahiblərinə texniki məğlubiyyət veriləcəyi gözlənilir. Albaniya təmsilçisinin hətta yarışdan uzaqlaşdırılacağı da istisna edilmir.
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi
“Milan” Alleqrini istefaya göndərir
Bütün Tovuzun gözlədiyi xəbər - UEFA nümayəndəsi nə dedi?
Kanada millisi DÇ-2026-ya bu heyətlə yollanır
"Real"a keçə bilər
Messi zədələnib?