Bakının "İnter" klubunun futbolçusu Nika Kvekveskiri İspaniya "Atletik"i ilə Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu öncəsi Gürcüstan Futbol Federasiyasının rəsmi saytına danışıb. Qol.Az komandanın Albaniya "Laçi"si və İslandiya "Hafnarfyördur"u ilə səfər matçlarında üst-üstə 2 qol vuraraq bombardirinə çevrilmiş 23 yaşlı yarımmüdafiəçi ilə müsahibəni təqdim edir...
- Komandada ümumi əhval-ruhiyyə necədir?
- Baş məşqçimiz Zaur Svanadze bizi "Atletik"lə qarşıdakı iki oyuna müsbət yöndən kökləyib. Bu da səfər və ev matçları üçün ən vacib məqamdır. Məşqçilər heyətinin sayəsində özümüzü güclü komanda kimi hiss etməyə başlamışıq. Svanadze bizdən bütün həyəcan və qorxu hisslərini bir kənara qoymağı və nəyə qadir olduğumuzu göstərməyimizi istəyib.
- Hər halda Bilbao və "Atletik"in tarixindən xəbərdarsınız, rəqibin nəyə qadir olduğunu bilirsiniz...
-Məncə, İspaniyanın güclü çempionatı var və "Atletik"in nəticələri də bunu təsdiqləyir. Səbirsizliklə oyunun startını gözləyirəm. Bilbao İspaniya oyun üslubu və fəlsəfəsi baxımından ən fərqli məkanlardandır. Bunları bizim də sınaqdan çıxarmağımız maraqlı olardı. Mənim üçün Bilbaoda futbol oynamaq əsl bayramdır. Ümidvarıq ki, "İnter" özünü ən yaxşı tərəfdən göstərəcək.
- Oyunətrafı ajiotaj, yerli komandaya azarkeş dəstəyi hansı səviyyədədir?
- Açığı, mən nə isə qeyri-adi bir şey müşahidə etməmişəm. Yəqin ki, "San Mames" stadionu tam dolacaq. Bu, "Atletik"in yeni mövsümdə ilk rəsmi matçını keçirəcəyi ilə bağlıdır. Təkcə Bilbaoda deyil, İspaniyada 2015-2016 futbol mövsümünün birinci rəsmi oyunu keçiriləcək.
- "İnter" karyeranızda ilk əcnəbi komandadır. Komandaya uyğunlaşa bilmisiniz?
- Deyə bilmərəm ki, adaptasiya prosesi başa çatıb. İlk növbədə normal təlim-məşq toplanışı keçməmişik. Amma Avropa Liqasında iki mərhələ keçmişik. Svanadzenin komandaya və şəxsən mənə aid tələbləri var. Komandanın heyətində vurduğum ilk qol mənə özünəinam hissi verib. Ümidvaram ki, özünəinam həm də komandaya aiddir.
Mənbə: report.az
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı