Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İspaniyanın "Atletik" klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini bildirib.
Qol.Az-ın Azerisport.az-a istinadən yaydığı xəbərə görə, o, Bilbaoda keçirilən mətbuat konfransında bunları söyləyib:
"Bilbaoda olmaqdan məmnunuq. "Atletik" yaxşı komandadır. Rəqibi analiz etmişik. Komandaların şanslarını faizlə dəyərləndirmək çətindir. Amma biz layiqli oynamağa çalışacağıq".
"Atletik"in heyətində yaxşı futbolçular çoxdur. Qələbə qazansaq, qəhrəmana çevriləcəyik. Uduzacağımız halda isə heç kim bizi mühakimə etməyəcək. Pley-off mərhələsinə vəsiqə qazanmaq istəyirik. Buna nə dərəcədə gücümüzün çatacağını oyun göstərəcək".
"İnter"in maliyyə problemləri var idi. Ümid edirik ki, bundan sonra vəziyyət yaxşıya doğru dəyişəcək. Ötən mövsümkü komandadan hazırda 2-3 futbolçumuz qalıb. Problemlərə baxmayaraq, futbolçularımızın hamısı peşəkardır və onlardan nə gözlənildiyini bilirlər. Bakıdan yaxşı nəticə ilə qayıtmağa çalışmalıyıq. Bu mövsüm cəmi dörd rəsmi oyun keçirmişik. Halbuki, komanda tam hazırlıq dövrü keçə bilməyib".
İkardi vətəninə qayıdır?
"Sevilya"dan getdi
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
Kolumbiya millisinin DÇ-2026 üçün yekun heyəti
"Tottenhem" onu hədəfə aldı
Cəlal oynadı, komandası qalib gəldi
PSJ azarkeşlərinə çempionluq paradına icazə verilməyəcək
"Şamaxı" müdafiəçisi ilə yollarını ayırdı
Millinin təxirə salınan matçının yeri və vaxtı bilindi