"Bavariya"dan Qvardiola açıqlaması

"Bavariya"dan Qvardiola açıqlaması
XƏBƏR 29 İyul 2015 / 19:23 6738
-  A +

"Bavariya"nın prezidenti Karl-Hayns Rummeniqe  baş məşqçi Pep Qvardiolanın komandadakı taleyi ilə bağlı açıqlama verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, təcrübəli mütəxəssislə  müqavilənin yeniləyib-yenilənməyəcəyi ilə bağlı qərarı hələ vermədiklərini deyib:

"Qvardiolanın "Bavariya"dakı gələcəyi qeyri-müəyyəndir. Müqavilə yenilənib-yenilənməyəcəyi barədə mövsümün sonu danışacağıq. Qvardiola ilə  bununla bağlı razılığa gəlmişik".

Qeyd edək ki, P.Qvardiolanın yeni mövsüm başa çatdıqdan sonra "Mançester Siti"ni çalışdıracağı iddia edilir.


Qarabağ FK
Son xəbərlər
topaz banner