"Antalyaspor"a qalib gəlmək istəyirik" – Məqsəd İsayev

"Antalyaspor"a qalib gəlmək istəyirik" – Məqsəd İsayev
XƏBƏR 29 İyul 2015 / 16:12 4033
-  A +

“Neftçi”nin futbolçusu Məqsəd İsayev “Əl-Faysali” klubu ilə yoxlama oyunu (2:1) haqda fikirlərini bölüşüb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunun maraqlı keçdiyini bildirən gənc müdafiəçi növbəti görüşdə də qələbə qazanmağa çalışacaqlarını deyib:

"Çox maraqlı oyun keçdi. Şadam ki, qələbə qazandıq. Uşaqlar da əllərindən gələni etdilər. Qarşıda “Antalyaspor”la oyun var. O görüşdə də qələbə qazanmaq istəyirik. “Kəpəz”lə oyuna tam hazır olacağıq. Mən uzun müddətdən sonra ilk dəfədir ki, meydana çıxdım. Pis alınmadı. İnşallah, davamı olacaq".

Son xəbərlər