“Qəbələ” Kiprə yollanır

“Qəbələ” Kiprə yollanır
XƏBƏR 29 İyul 2015 / 00:22 2665
-  A +

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” bu gün səhər saat 11:00-da Kiprin Nikosiya şəhərinə yollanacaq.

Təxminən Bakı vaxtı ilə saat 16:00-da Kiprin paytaxtına çatacaq komanda “Hilton Nikosia” otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.

Son xəbərlər