Flavinyo Braziliya klubu ilə anlaşdı

Flavinyo Braziliya klubu ilə anlaşdı
XƏBƏR 28 İyul 2015 / 01:54 6938
-  A +

"Neftçi"dən ayrılan futbolçu Flavinyonun yeni klubu müəyyənləşib.

Qol.Az-ın Braziliya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli futbolçu karyerasını vətənində davam etdirəcək.

31 yaşlı futbolçu Braziliya A seriyasında mübarizə aparan "Çapekoense" klubu ilə anlaşıb. Lakin müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, 2010-2015-ci illərdə "Neftçi"nin şərəfini qoruyan Flavinyo keçirdiyi 133 oyunda 31 qola imza atıb.


Son xəbərlər