"Apollon"un baş məşqçisi azarkeşlərə səsləndi

"Apollon"un baş məşqçisi azarkeşlərə səsləndi
XƏBƏR 27 İyul 2015 / 17:22 6470
-  A +

"Apollon"un baş məşqçisi Pedro Emanuel Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə  oyunöncəsi azarkeşlərə müraciət edib.

Qol.Az-ın Kipr mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssis komandanın azarkeşlərini iyulun 30-da "Antonis Papadopulos" stadionunda keçiriləcək oyuna dəvət edib.

Müraciətdə deyilir: "Bütün dostlarımızı və azarkeşləri "Qəbələ" ilə oyunda bizi dəstəkləməyə çağırıram. İstərdim ki, 90 dəqiqə ərzində yanımızda olasınız. Sizin dəstəyini hiss etmək bizim üçün çox önəmlidir".

Qeyd edək ki, iyulun 30-da keçiriləcək "Apollon" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. 


Son xəbərlər
03.11.25  09:59

Salah Lemparda çatdı