"Qəbələ"nin idmançısı Rusiyadan qalib dönür

"Qəbələ"nin idmançısı Rusiyadan qalib dönür
XƏBƏR 26 İyul 2015 / 11:45 2926
-  A +

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi, qarışıq döyüş növlərində (MMA) çıxış edən Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı idmançımız Rusiyanın Krasnodar şəhərində təşkil olunan “Tech-Krep FC-PRIME Selection” adlı döyüş gecəsindən qalib ayrılıb.

84 kq çəki dərəcəsində qüvvəsini sınayan Abbasov ukraynalı Artyom Şokalo ilə üz-üzə gəlib. Təmsilçimiz 22 yaşlı rəqibini məğlub edib. 3 raund davam edən döyüşün qalibi hakimlərin rəyi ilə müəyyənləşib. Ədalət təmsilçiləri qələbəni yekdilliklə Abbasova verib. (gabalafc.az)

Son xəbərlər
03.11.25  09:59

Salah Lemparda çatdı