“Qəbələ” tarixinin 350-ci rəsmi matçını keçirib. Peşəkar klub kimi 2005-ci ildə qeydiyyatdan keçən komandamız üçün yubiley matçı UEFA Avropa Liqasına təsadüf edib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, II təsnifat mərhələsinin “Çukariçki” (Serbiya) ilə cavab oyunu “qırmızı-qaralar”ın 350-ci matçı olub. 2:0 hesabı ilə qalib gələn “Qəbələ” 350 qarşılaşmadan 272-ni Premyer Liqa, 42-ni Azərbaycan kuboku, 30-nu I dəstə, 6-nı Avropa Liqasında keçirib. İlk matçı 2005-ci il sentyabrın 17-də baş tutan “Şərur”la I dəstə oyununa (8:0) təsadüf edən komandamız 10 ildə 151 qələbə qazanıb, 86 heç-heçə edib və 113 dəfə uduzub.
“Çukariçki” ilə görüş Ürfan Abbasov üçün də əlamətdar olub. 23 yaşlı müdafiəçi “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib. O, klub tarixində 100-ə çatan 3-cü futbolçudur. Dodo (131) və Viktor Mendidən (127) sonra buna nail olan Abbasov 100 və daha çox oyun keçirən ilk azərbaycanlı futbolçu olub. 2012-ci ilin əvvəlində “Qəbələ”yə transfer olunan müdafiəçi 3 il yarım ərzində 86 çempionat, 9 kubok və 5 avrokubok qarşılaşmasında iştirak edib.
“Çukariçki” ilə qarşılaşma 2 oyunçu üçün ilklə əlamətdar olub. Vojislav Stankoviç “Qəbələ”də debüt edib. O, 10 ildə “qırmızı-qara” forma geyən 191-ci futbolçudur. Vurduğu 2 qolla qələbədə pay sahibi olan Sergey Zenyov isə ilk dəfə rəqib qapısına yol tapıb. O, “Qəbələ”də qol sevinci yaşayan 95-ci oyunçudur.
Qeyd edək ki, Gürcüstan paytaxtı Tiflisin “Dinamo”sunun (1:2, 2:0) ardından Serbiya “Çukariçki”sini də (0:1, 2:0) mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib.
"Tottenhem"də itki
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
A Seriyasının ən bahalı futbolçusu oldu
Mahir Emreli üçün xoşagəlməz an - Video
Azərbaycan millisi Tacikistana qalib gəldi
Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu
Azarkeşlər Rodrini rahat buraxmadı - Video
“Yuventus”a qayıda bilər
Ronaldo iki böyük hədəfini açıqladı
Eriksen klubundan ayrıldı
“Mançester Yunayted”dən rekord gəlir
Azərbaycan millisi Tacikistanla matça bu heyətlə çıxır
“Futbol satılmır” - UEFA prezidenti
"Milli bunu etməyimə icazə verməz"
Azərbaycan millisinə 25 futbolçu çağırıldı
"Araz-Naxçıvan" yeni baş məşqçisini rəsmən açıqladı
Messi dəvət etdi, "Roma" "yox" dedi
"Şəfa"nın plan məlum oldu
Türkiyəli futbolçu 25 yaşında vəfat etdi
Azərbaycan - Tacikistan oyunu bu kanalda
Xavyer Aqirre La Liqa klubunda - Rəsmi
Tanınmış futbolçu bu paylaşımı ilə təəccübləndirdi - Video
David Alabanın yeni klubu müəyyənləşdi
Çempionlar Liqası Tovuzda – Böyük hazırlıq gedir
Şahruddinlə Zubir yenidən bir arada - Şəkil
AFFA klubları cərimələdi
"İmişli"nin legioneri 4 oyunluq cəzalandırıldı
Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
Klopp millidə sərt intizam qaydaları tətbiq etdi
Xavi Niderland himnini öyrənəcəyinə söz verdi
Xankəndi stadionuna qayıdışa 1 ay qaldı
“Bunları nəvələrimə danışaram” - “Sabah”ın qapıçısı
Son 6 ayda ikinci sponsorunu itirdilər
“Barselona” yenidən “Kamp Nou”dan gedir
"Borussiya" yeni baş məşqçisini açıqladı
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər