Braziliyalı futbolçu "Beşiktaş"da

Braziliyalı futbolçu "Beşiktaş"da
XƏBƏR 25 İyul 2015 / 00:45 7149
-  A +

Türkiyənin “Beşiktaş” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qara qartallar” Braziliyanın “Qremio” klubundan Rodolfonu heyətinə cəlb edib.

İstanbul klubu 28 yaşlı müdafiəçi üçün qarşı tərəfə 3.3 milyon avro ödəyib. Brazilialı futbolçu “Beşiktaş”da ilinə 1.4 milyon avro qazanacaq. Müqavilə müddəti haqda məlumat verilməyib.

Son xəbərlər