"Qəbələ"dən təşəkkür

"Qəbələ"dən təşəkkür
XƏBƏR 24 İyul 2015 / 17:24 5480
-  A +

"Qəbələ" klubu ölkəmizin Serbiyadakı səfirliyinə təşəkkür məktubu göndərib.

Qol.Az-ın  klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Avropa Liqasının II təsnifat mərhələsinin "Çukariçki" ilə ilk oyunu ərəfəsində Serbiyadakı Azərbaycan  səfirliyi "Qəbələ"yə böyük diqqət və qayğı göstərib.

Klubun təşəkkür məktubunda deyilir:

"Komandamız UEFA Avropa Liqası turniri çərçivəsində 16 iyul 2015 tarixində Belqradda Serbiyanın “Çukariçki” klubu ilə qarşılaşmışdır. Klubumuzun Belqrada səfəri zamanı ölkəmizin Serbiyadakı səfirliyi kollektivimizin Belqrada ayaq qoyduğu müddətdən etibarən komandamızın yanında olmuş, kluba hər cür diqqət və qayğı göstərmişdir. Bu səbəbdən ölkəmizin Belqraddakı səfiri cənab Eldar Həsənov başda olmaqla səfirliyin bütün kollektivinə təşəkkür edirik".

Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya