"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Apollon" 1954-cü ildə yaradılıb.
Qol.Az-ın məlumatına görə, komanda Limasol şəhərini təmsil edir.
“Apollon” ev oyunlarını 13331 tamaşaçı tutumuna malik “Sirion stadium”da keçirir. Ev oyunlarında tüng göy rəngli formalardan istifadə edən "Qəbələ"nin rəqibi səfər görüşlərinə ağ-mavi rəngli formalarla çıxır.
Limasol təmsilçisinin heyətində yerli futbolçularla yanaşı əcnəbi oyunçulara da rast gəlmək mümkündür. "Apollon"da Braziliya, Argentina, Portuqaliya, Serbiya, Fil Dişi Sahili, İspaniya, Albaniya, Yunanıstan və Şotlandiyadan futbolçular çıxış edir.
"Apollon"u Pedro Emanuel çalışdırır. Tarixi ərzində 3 dəfə (1990/1991, 1993/1994, 2005/2006) Kipr çempionu olan 4 dəfə çempionatın gümüş medallarına yiyələnib. Limasol təmsilçisi 7 dəfə (1965–66, 1966–67, 1985–86, 1991–92, 2000–01, 2009–10, 2012–13) ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda elə eyni sayda kubokunda finalında uduzaraq ikinciliklə kifayətlənib.
"Apollon" avrokuboklarda uğurlu çıxışı ilə də diqqət çəkir. Avrokuboklarda 1966/1967 mövsümündə debüt edən komanda ilk dəfə 1990/1991 mövsümündə mərhələ adlamağı bacarıb. Həmin vaxt Kipr klubu Rumıniya təmsilçisi "Universitatea"nı iki oyunun nəticəsinə (3:0, 0:2) görə üstələyib. "Apollon"un əsas uğurları son illərə təsadüf edib. Ardıcıl iki dəfə (2013/2014, 2014/2015) Avropa Liqasının qrup mərhələsində oynayan Kipr təmsilçisi qrup səddini aşa bilməyib.
Ötən mövsümü 3-cü pillədə başa vuran komanda 2015/2016 mövsümündə Avropa Liqasında inamla irəliləyir. Birinci təsnifat mərhələsində Moldovanın "Saxan" (2:0, 2:0), ikinci təsnifat mərhələsində isə Litvanın "Trakai" (4:0, 0:0) klubunu mübarizədən kənarlaşdıran "Apollon" növbəti mərhələdə "Qəbələ"yə rəqib olub. Bu komandalar arasında ilk oyun iyulun 30-da keçiriləcək.
“Beşiktaş”ın matçında dava düşdü - Yenilənib
“Real”ın gənc futbolçusunu hədəfə aldılar
Məşq bazasında həbs olundu
“Tottenhem”də ciddi itki
Gəncədə qalib müəyyənləşmədi
“Beşiktaş”la derbidə oynaya bilər
“Sabah”la matçda zədələnən Baldedən xəbər var
“Mançester Siti”nin düşərgəsində ab-hava dəyişib?
Çempionlar Liqasında həftənin futbolçusu bəlli oldu
Azərbaycan millisi çempionata məğlubiyyətlə başladı
“Şahdağ Qusar" I dövrənin qalibi oldu
Obameyanq qəzaya düşdü
İspaniya, Fransa, İngiltərə...
FİFA kiberhücuma məruz qaldı
Misli Premyer Liqasında 13-cü turun hakimləri açıqlandı
Asiya Çempionlar Liqasında hakim oyuna sərxoş çıxıb?
Noyer həyat yoldaşını doğuşdan bir neçə gün sonra tərk edib
"Beşiktaş" - "Qalatasaray" oyununun hakimləri açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
İndi qurulan yığma yox, milli komandadır!
Arda Turan “Şaxtyor”dan ayrıla bilər
Nazir Dambrauskası mükafatlandırdı - Şəkillər
Meksikada 26 yaşlı futbolçu öldürüldü
“Sabah” – “Barselona” oyununda faciəvi hadisə
"Barselona"ya 2-ci qolu da vurmalı idim" - Coy-Lens Mikels
Bakıda dubl edən futbolçu həftənin ən yaxşısı seçilə bilər
“Beşiktaş”ın təyyarəsində qorxu dolu anlar
Azərbaycan millisinin üzvü "Sampdoriya"da dubl etdi
Alisson Beker “Liverpul”un tarixinə düşdü
“Bakıda çox şey mənim üçün uğurlu alınır” - Entoni Qordon
Pokatilov ÇL-də qurtarış sayına görə birincidir!
Bakıdakı matçda vurulan bütün qollar – Video
“Sabah” 5 turdan sonra ÇL-də neçəncidir?
"Bavariya"dan məğlubiyyət, "Fənərbaxça"dan qələbə
Dambrauskas: “Hiss etdik ki, biz də nəsə bacarırıq”
“Sabah” bizə çətin anlar yaşatdı" – Flikdən etiraf
Bakıda matçın ən yaxşı futbolçusu müəyyənləşdi
"Sabah" "Barselona"ya məğlub oldu
"Real" da addım atmalıdır"
Nazirlər “Sabah” - “Barselona” oyununda - Video
Heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi
“Latsio”nun futbolçusuna göz dikdilər
"Qızıl top" siz jurnalistlər üçündür"
"Sabah" - "Barselona": Heyətlər
Matçda iştirak etmədən 2 oyunluq cəzalandırıldı
“Nyukasl” səhmlərini satışa çıxarıla bilər