Azərbaycan Premyer Liqasının 32-ci turunun Zaqatalada hazırda davam edən "Simurq" - "İnter" qarşılaşmasının əvvəllərində qeyri-adi hadisəyə rast gəlinib.
Qol.Az-ın "Sport7.az"a istinadən verdiyi xəbərə görə, baş hakim Fariz Yusifovun start fitindən sonra "Simurq"un futbolçuları klubun düşdüyü maddi duruma etiraz əlaməti olaraq meydançada yerə oturublar.
Bunu klubun texniki zonasında olan futbolçular da edib. Təxminən 1 dəqiqədən sonra Zaqatala komandasının futbolçuları ayağa qalxaraq oyuna davam etməyə başlayıblar. Bəziləri bunu "Qarabağ"la kubok matçındakı hakim səhvi ilə əlaqələndirsə də, əslində "Simurq" futbolçularının 4 aydır ki, maaş üzünə həsrət qalması futbolçuların bu addımı atmasına səbəb olub.
Bu durumun məhz Beynəlxalq Bankın keçmiş rəhbəri olan Cahangir Hacıyevin sponsoru olduğu "İnter"lə görüşdə edilməsi isə təsadüfi deyil. Çünki Hacıyev bilavasitə "Simurq"un da sponsorlarından sayılırdı. Görünür, "Simurq"lu futbolçular məhz bu addımı "İnter"lə görüşdə etməklə diqqəti öz üzərlərinə çəkmək istəyiblər.
Qeyd edək ki, hazırda bu görüşdə ilk hissədən sonra "Simurq" hesabda geridədir - 2:3. Bu məğlubiyyətlə "Simurq"un avrokuboklara yolu tamamilə bağlanılacaq.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq