"Bakı-2015" I Avropa Oyunları zamanı yarışların keçiriləcəyi məkanlardan biri də Bakı Su İdmanı Mərkəzidir.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, idman arenası demək olar ki, yarışlar üçün hazır vəziyyətdədir.
Obyektin açılış mərasimi aprelin 20-də keçirilib. Hazırda Mərkəzin "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinə (BEGOC) təhvil verilməsi üçün son işlər görülür. 2012-ci ilin dekabrında layihəsi hazırlanan idman qurğusunun tikintisinə 2013-cü ilin yanvarından başlanılıb. Qurğunun dizayn və arxitekturası Koreya və İspaniya şirkətləri tərəfindən işlənilib. Uzunluğu 220 metr, eni isə 150 metr olan binanın hündürlüyü 35 metrdir. Bina bütün standartlara uyğundur və azı 50 il istifadə edilə biləcək.
İdman qurğusu 3 mərtəbədən ibarətdir. Birinci mərtəbədə müxtəlif ölçülərdə olmaqla 3 su hovuzu yerləşir. Əsas hovuz üzgüçülük və sinxron üzgüçülük üçün nəzərdə tutulub. Uzunluğu 50 metr, eni 25 metr olan hovuzda 3 200 000 litr su var. İlk mərtəbədə yerləşən digər hovuzdan isə suyatullanma zamanı istifadə ediləcək. Hovuzun kənarında 1 metr, 3 metr, 5 metr, 7.5 metr və 10 metr hündürlükdən suya tullanma platformaları quraşdırılıb. Sözügedən hovuzun uzunluğu 25 metr, eni 20 metr, dərinliyi isə 5 metrə qədərdir.
Həmin mərtəbədə məşq üçün hovuz da fəaliyyət göstərəcək ki, idmançılar hazırlıqlarını burada keçə biləcək. Məşq hovuzu 2 hissədən ibarətdir. 51,5 metr uzunluğu və 25 metr eni olan bu hovuzun kiçik hissəsinin dərinliyi dəyişkəndir. Ümumilikdə hovuzun dərinliyi 2 metrdir.
Arenada yarışları 6000 tamaşaçı canlı izləyə biləcək. Qurğunun 2-ci və 3-cü mərtəbəsində tribunalar quraşdırılıb. Buraya həm tamaşaçılar, həm də media nümayəndələri və VİP qonaqlar daxil ola biləcəklər.
Üstəlik, əlillərin yarışları izləməsi üçün xüsusi yerlər də ayrılıb.
İdman obyekti haqqında məlumat verən Avropa Oyunları Parkının baş meneceri Tom Butçer jurnalistlərə açıqlamasında binada su olmadan məşq etmək üçün yerlərin olduğunu da deyib. Onun sözlərinə görə, obyektdə spa mərkəzləri və restoranlar da fəaliyyət göstərəcək: "Bu bina müasir texnologiyalar əsasında inşa olunub. Xüsusən, bu müasirik isinmə və havalandırma sisteminə aiddir ki, burada enerjiyə qənaət sistemindən istifadə olunub".
T.Butçer bildirib ki, hovuzlar Beynəlxalq Üzgüçülük Federasiyası və Olimpiya standartlarına cavab verir. Beynəlxalq standartlara uyğun yayımın aparılması üçün obyektdə müasir işıqlandırma sistemləri quraşdırılıb.
Qeyd edək ki, I Avropa Oyunlarında Bakı Su İdmanı Mərkəzində 12 - 16 iyunda sinxron üzgüçülük, 18 - 21 iyunda suyatullanma, 23 - 27 iyunda isə üzgüçülük yarışları keçiriləcək.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi