Millimizin tarixi uğuru: 12 il əvvəl (VİDEO)

Millimizin tarixi uğuru: 12 il əvvəl (VİDEO)
VİDEO 12 Fevral 2015 / 13:56 10316
-  A +

Bu gün Azərbaycan milli komandasının Serbiya və Çernoqoriya yığması ilə 2:2 yekunlaşan səfər qarşılaşmasından 12 il ötür.

Qol.Az-ın xəbərinə görə, həmin matçda bir xal qazanılmasına baxmayaraq, 2003-cü ilin fevralın 12-i bu oyunla futbol tariximizə əlamətdar gün kimi daxil olub.

Qeyd edək ki, “Avro-2004”ün seçmə mərhələsi çərçivəsində Podqoritsa şəhərində keçirilən bu oyunda meydan sahibləri iki top fərqi ilə irəlidə olsalar da, ikinci hissədə hazırda “Qarabağ”ın baş məşqçisi, o zaman isə millimizin hücumçusu olan Qurban Qurbanovun qolları sayəsində oyun 2:2 hesabı ilə yekunlaşmışdı.
Bu oyunda Azərbaycan millisinin baş məşqçisi Əsgər Abdullayev olub.

Xatırladaq ki, millimiz qrupun favoriti olan serblərə növbəti – Bakıdakı qarılaşmada (11.06.2003) isə 2:1 hesabı ilə qalib gəlmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
06.08.26  16:06

"Roma"dan "Deportivo"ya

06.08.26  11:59

"Arsenal"dan "Everton"a

topaz banner