"Milan"nın yeni stadionu (VİDEO)

"Milan"nın yeni stadionu (VİDEO)
VİDEO 4 Fevral 2015 / 16:32 3492
-  A +

"Milan" inşa etməyə hazırlaşdığı yeni stadionunun təqdimat videosunu yayımlayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, yeni stadion 48 min tamaşaçı tutumuna malik olacaq.

Stadionun layihəsini "Bavariya"nın ev oyunlarını keçirdiyi "Allianz Arena"nın dizaynerləri hazırlayıb. Otel, idman məktəbi, restoran, uşaqlar üçün əyləncə mərkəzi və yaşıl meydançaların yer alacağı stadionunun 2018/2019 mövsümünə kimi hazır olması gözlənilir.

Qeyd edək ki, "Milan" ev oyunlarını 1926-cı ildən "San Siro"da keçirir.


Son xəbərlər