O məşhur zərbənin 20 ili (VİDEO)

O məşhur zərbənin 20 ili (VİDEO)
VİDEO 25 Yanvar 2015 / 12:20 8124
-  A +

Bu gün Fransa milli komandasının sabiq hücumçusu Erik Kantonanın azarkeşi vurduğu məşhur epizoddan 20 il ötür.

Qol.Az-ın xəbərinə görə, 1995-ci ilin yanvarın 25-də “Kristal Pelas”a qarşı matçda o zaman “Mançester Yunayted”də çıxış edən Kantona ona qarşı bütün matç boyu sərt oyun nümayiş etdirən Riçard Şouya kobudluğa görə qırmızı vərəqə alır.

Meydanı tərk edərkən Metyu Simmons adlı azarkeş Kantonanın eşidəcəyi şəkildə futbolçunun və və onun vətəni Fransanın ünvanına təhqiramiz ifadələr işlədir. Bundan sonra Kantona tullanaraq əvvəlcə təpiklə, sonra yumruqla M.Simmonsu vurur. İngiltərə Futbol Federasiyası bu hərəkətinə görə fransalı oyunçuya 10 ay futbol oynamağı qadağan edir.

Qeyd edək ki, məhkəmənin hökmü ilə Kantona 120 saat ictimai işlərə cəlb olunur, onu təhqir edən azarkeş barəsində isə yeddi günlük həbs cəzası verilir. Amma o, yalnız bir sutka həsbdə qalır. Kantona cəzası bitdikdən sonra daha iki “Mançester Yunayted”də oynayır.

Ümumilikdə, o, 1992-97-ci illərdə “qırmızı şeytanlar”ın formasını geyinib. İngiltərə klubunun heyətində 143 oyuna çıxın Kantona 64 qol vurub.





Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər