Dünən milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Lixtenşteynlə qarşılaşdı. Qol.Az saat 23:00-dan etibarən Lixtenşteyn - Azərbaycan oyunundan canlı-mətn reportaj yayımladı.
Lixtenşteyn - Azərbaycan 0:2
Vaduts. “Reynpark” stadionu
Baş hakim: Pavle Radovanoviç
Baş hakimin köməkçiləri: Draqan Vuyoviç0, Deyan Sakoviç
Dördüncü hakim: Yovan Kaludyeroviç
(hakimlər birqadası Çernoqoriyadandır)
Matç bitdi.
90. Maksim Medvedin əvəzinə meydana Rail Məlikov daxil olur.
90. Vaqif Cavadovun yerinə meydana Cavid Hüseynov daxil olur.
88. Reçteiner Rəşad Sadiqova qarşı çox kobud oynayır. Hakim ona sarı vərəqə göstərir.
82. QOL. Lixtenşteyn müdafiəçiləri səhvə yol verirlər. Elvin Məmmədov qapıçı ilə təkbətək çıxaraq topu qapıya göndərir.
73. Rəqibin futbolçusu Mahir Şükürova qarşı kobud oynayır. Hakim onu sarı vərəqə ilə cəzalandırır.
72. Vaqif Cavadov hakimə etiraz etdiyi üçün sarı vərəqə alır.
67. Rəqibin Bek adlı oyunçusu cərimə meydançasından qıraqda qapımıza doğru güclü zərbə vurur. Kamran Ağayev topu qaytarır.
64. Daniel Axtyamov sarı vərəqə alır.
59. Rəşad Sadiqov Elvin Məmmədova gözəl ötürmə verir. Rəqibin qapıçısı vaxtında topa çatmasaydı, Elvin topa yiyələnəcəkdi.
55. QOL. Vaqif Cavadov hesabı açır. Komandamız gözəl hücum kombinasiyası qurur. Əvvəlcə Elvin Məmmədov topu Mahir Şükürova ötürür. Şükürov irəliləyərək ,ona gələn topu cərimə meydançasına Rəşad Sadiqova, o isə topu dabanla Vaqif Cavadova ötürür. Vaqif topu uzaq küncə göndərir.
Vaduts şəhərində hal-hazırda yağış yağır.
48. Vaqif Cavadov topla irəliləyir və qapıya doğru uzaq məsafədən güclü zərbə vurur. Top qapının yanından meydanı tərk edir.
İkinci hissə başladı.
İlk hissə başa çatdı.
41. Lixtenşteyn sol cinahdan cərimə zərbəsini yerinə yetirir. Birbaşa qapıya doğru olan zərbə qapının yanından meydanı tərk edir.
36. Aleksandr Çertoqanov hakimə etiraz etdiyi üçün sarı vərəqə ilə cəzalanır.
29. Vaqif Cavadov rəqibə qarşı kobud oynayır. Hakim futbolçumuza şifahi xəbərdarlıq edir.
28. Mahir Şükürov sağ cinahdan künc zərbəsini yerinə yetirir. Axtyamov topa çatmır. Arxasınca Vüqar Nadirov güclü zərbə vurur. Qapıçı Yehle topu çətinlik çəkmədən çıxardır.
24. Vaqif Cavadov cərimə zərbəsi vurur. Məsafə çox uzaqdır. Top qapının yanından keçir.
16. Maksim Medvedev yerlə rəqibin cərimə zərbəsinə doğru ötürmə verir. Futbolçularımızdan heç kim topa çatmır.
12. Vüqar Nadirov artıq ikinci dəfədir oyundan kənar vəziyyətə düşür.
3. Maksim Medvedev uzaqdan qapıya doğru güclü zərbə vurur. Qapıçı Peter Yehle dəqiq oynayır.
Oyuna ev sahibi Lixtenşteyn başlayır.
Matç başladı.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı