“Foqtsun fikirləri qətiyyən düzgün deyil. Rəşadın hazırkı durumuna görə “Qarabağ”ın günahkar olması barədə onun dedikləri ilə razılaşmıram”. Bu sözləri Qol.Az-a açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Rəşad Sadıqovun hazırkı durumuna görə “Qarabağ”ı ittiham etməsinə cavab olaraq, Ağdam kubunun direktoru Əmrah Çəlikəl deyib: “O fikirləri də qəbul etmirik ki, Rəşad düzgün müalicə olunmayıb. Bizim həm burada, həm də Türkiyədə kifayət qədər tanınmış, savadlı həkimlərimiz var. Onların müalicə qabiliyyətinə şübhə etmirik. İkincisi də, hətta “Qarabağ” bu məsələdə təqsirkar olsa belə, Foqtsun beynəlxalq aləmdə bu cür fikirlər səsləndirməsi bizi çox üzdü. Özü də “Qarabağ”a qarşı. Adama sual verərlər ki, Rəşad 2 aydır zədəlidir. Niyə indiyə qədər Foqts bir dəfə də olsun onun durumu ilə maraqlanmayıb? Əlaqə saxlayıb, klubla maraqlanardı da. Elə ki, millinin müdafiə xəttində problem yarandı o dəqiqə Rəşadın zədəsi yada düşdü?”.
Çəlikəl almaniyalı mütəxəssisin Sadıqovun layiqli əvəzləyicisi olmadığına görə “Qarabağ”la bağlı ittihamına da cavab verib: “Bu, artıq “Qarabağ”ın şəxsi problemidir ki, layiqli əvəzləyici var ya yoxdur, yaxud kimi zədəli oynadırıq, kimi sağlam. Bir də ki, “Qarabağ” avrokuboklarda da, ondan sonra da dəfələrlə sübut etdi ki, bizim komandada oynayanların hamısı layiqli futbolçulardır və lazım olanda hamı bir-birini layiqincə əvəz edə bilir” – deyə Ə.Çəlikəl vurğulayıb.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı