Stadiona kişi geyimində daxil olan xanım azarkeş həbs edildi (VİDEO)

Stadiona kişi geyimində daxil olan xanım azarkeş həbs edildi (VİDEO)
VİDEO 16 Dekabr 2014 / 13:06 3636
-  A +

Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda keçirilən "Əl İttihad" - "Əl Şabab" matçını (0:1) stadiondan canlı izləyən xanım azarkeş həbs olunub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, buna səbəb Səudiyyə Ərəbistanında qadınların stadiona girişinin qadağan edilməsidir.

İnternet üzərindən oyuna bilet əldə edən futbol fanatı tanınmaması üçün stadiona kişi geyimində daxil olub. Lakin azarkeşin xanım olduğunun fərqinə varan bir nəfər onu kameraya çəkərək yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:


Son xəbərlər
24.07.25  12:54

"Barselona"dan "Roma"ya