Futbolda başına gəlməyən iş qalmadı (VİDEO)

Futbolda başına gəlməyən iş qalmadı (VİDEO)
VİDEO 23 Noyabr 2014 / 15:07 4118
-  A +

İngiltərə birinci divizionunda keçirilən “Kardif Siti” – “Ridinq” matçında maraqlı hadisə yaşanıb.

Qol.Az-ın məlumatına görə, qonaqların futbolçusu Aleks Pirs matçın dırnaqarası qəhrəmanı olub.

İrlandiyalı müdafiəçi qarşılaşmanın 20-ci dəqiqəsində künc zərbəsi zamanı topu öz qapısına göndərib. 44-cü dəqiqədə isə o, penaltiyə səbəb olub. Rəqib 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:0 edib. Bundan dörd dəqiqə sonra isə A.Pirs qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Qeyd edək ki, görüş “Kardif Siti”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Daha çox


Son xəbərlər