Türkiyə futbolunda daha bir qalmaqal (VİDEO)

Türkiyə futbolunda daha bir qalmaqal (VİDEO)
VİDEO 17 Noyabr 2014 / 17:18 6150
-  A +

"Avro-2016"nın seçmə mərhələsində dünən keçirilən Türkiyə - Qazaxıstan matçında daha bir qalmaqalla yadda qalıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, oyundan öncə isinmə hərəkətlərini yerinə yetirərkən bir qrup "Qalatasaray"lı azarkeşlərin təhqirlərinə məruz qalan meydan sahiblərinin qapıçısı Volkan Dəmirəl stadionu tərk edib.

Təcrübəli qolkiper "Fənərbaxça"dakı komanda yoldaşı Əmrə Bəlözoğlunun avtomobili ilə evinə getməsindən sonra jurnalistlərlə "sarı-lacivərdli" komandanın mühafizəçiləri arasında gərginlik yaşanıb.

Mühafizəçilər Volkanın hadisəylə bağlı fikirlərini öyrənməyə çalışan müxbirlərə əngəl olmağa çalışıblar. Bundan sonra ara qarışıb. Mühafizəçilərlə əlbəyaxa olan media nümayəndələrindən bir neçəsi ayaqlar altında qalıb və onlardan bəzilərinin kamerası sındırılıb.

Daha çox


Son xəbərlər