"Bayrağımızı cırmaq istədilər, buna əngəl olduq"
Albaniya millisinin futbolçusu Ansi Aqolli "Avro-2016"nın Serbiyaya qarşı keçirilən seçmə matçında baş verən insidentə münasibət bildirib.
Qol.Az-ın “Anadolu” agentliyinə istinadən yaydığı xəbərə görə, Ağdamın "Qarabağ" klubunun da müdafiəçisi olan Aqolli deyib ki, serbiyalı futbolçular Albaniyanın bayrağıını cırmaq istəyiblər:
"Bunun qarşısını almaq üçün bayrağı onların əlindən aldıq. Məncə, düzgün hərəkət etdik. Kim olsa, bayrağı üçün eyni şeyi edərdi. Bayrağımızı qorumağa çalışdıq. İnsident zamanı mən heç kəsi vurmadım. Ancaq rəqib komandanın futbolçuları mənə bir neçə dəfə yumruq atdı. Baş verənlərə hələ də inana bilmirəm".
A.Aqolli qarşılaşmadan əvvəl serblərin onlara qarşı hörmətsizlik etdiyini də iddia edib: "Azarkeşlərin səsindən Albaniya millisinin dövlət himnini eşidə bilmədim. Qarşılaşma başladığı zaman isə onlar əllərində olanları bizə tulladılar".
A.Aqolli bundan əvvəl Yerevanda keçirilən Ermənistan - Serbiya görüşündə erməni azarkeşlərin açdığı "Qarabağ Ermənistanın, Kosova isə Serbiyanındır" pankart haqda da danışıb. O deyib ki, hər kəs Qarabağ və Kosovanın kimin olduğunu çox gözəl bilir: "Dünya Qarabağı Azərbaycan torpağı, Kosovanı isə müstəqil ölkə kimi tanıyır".
Xatırladaq ki, Serbiya – Albaniya matçının 44-cü dəqiqəsində pultla idarə olunan mini helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı Albaniya bayrağı meydançaya endirilib. Bundan sonra iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Bu səbəbdən matçın baş hakimi Martin Atkinson oyunun yarımçıq dayandırıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?