Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsində ən zəif nəticə göstərən üç komandadan biridir.
Qol.Az-ın xəbərinə görə, Azərbaycan “cırtdan ölkələr” - Malta və Andorra milli komandaları kimi “Avro-2016”da keçirdiyi hər üç oyunda məğlubiyyəti uğrayıb. Bu, ümumən yarışda mübarizə aparan 54 komanda arasında ən zəif nəticədir.
Ümumiyyətlə, Berti Foqtsun komandası kimi hələlik seçmə mərhələdə xal üzünə həsrət daha səkkiz komanda var. Bunlar yuxarıda adları çəkilən Malta və Andorra, eləcə də Gürcüstan, Cəbəllütariq, İsveçrə, San-Marino, Farer adalaları və Portuqaliyadır. Amma millimizdən fərqli olaraq, bu komandalar cəmi iki oyun (Portuqaliya isə hələlik bir oyun) keçirib.
Millimiz seçmə mərhələdə öz qapısından ən çox top buraxan komandalar arasında da öncüllər siyahısındadır. Komandamız bu sırada da üçüncüdür. Futbolçularımız üç oyuna cəmi iki qol vurduğu halda öz qapılarından 10 qol buraxıb. Bu isə 54 komanda arasındakı ən pis göstəricilərdəndir. Bu siyahıda Azərbaycandan üst pillədə yalnız Andorra (2 qol vurub, 12-ni buraxıb) və ilk dəfə olaraq rəsmi matçlarda debüt edən Cəbəllütariq (0-14) qərarlaşıb.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları