“Poblem ölkə çempionatının zəif vəziyyətdə olmasıdır. Bizdə futbol meydanlarından kabab iyi gəlir”. Bunu Azərbaycan millisinin “Avro-2016”nın seçmə mərhələləsindəki son iki məğlubiyyətini (İtaliya 1:2, Xorvatiya 0:6) şərh edən millət vəkili Fazili Mustafa deyib.
Deputat baş məşqçi Berti Foqtsın günahsız olduğunu qeyd edib.
Millət vəkilinin sözlərinə görə, millimizin baş məşqçi vəzifəsinə yüz alman gətirilsə belə, bu mexanizmi işlədəcək və heç bir gücə sahib olmayacaq:
“Çünki burada məşqçi ilə bağlı problem yoxdu. Burada problem ölkə çempionatının zəif olmasıdır. Uşaq futbolunun inkişaf etdirilməməsi bunun əsas səbəbidir. Stadionların qiyməti bahadırsa, uşaqlar futbol oynamağa meydança tapa bilmirlərsə, rayonlarda bu şərait yoxdursa və belə bir şərtlərdə necə futbolçu yetişə bilər? Bu hesablara səbəb kimi deyil, nəticə kimi baxmaq lazımdır.
Berti Foqtsu çıxarıb yerinə azərbaycanlı məşqçi qoysaq nəyi dəyişəcək? O da özü ilə sehirli dirijor çubuğu gətirib futbolu inkişaf etdirməyəcək. Daha çox vəsait uşaq futboluna xərclənməlidir. Klubların rahatlıqla sıradan çıxmasının qarşısını almaq üçün sahibkarlığı inkişaf etdirmək lazımdır. Bir sahibkar hər hansı bir klubu maliyyələşdirir və özü iflasa uğrayanda klub məhv olur. Dünyada belə bir hal yoxdur. 10-15 sahibkar kluba sahib çıxır, biri sıradan çıxanda onun yerinə başqa biri gəlir. Bu bir məşqçinin üzərinə yığılan günah deyil”.
Millət vəkili qeyd edib ki, bizdən fərqli olaraq xarici məşqçilərə başqa yerlərdə münasibətdə fərqlidir:
“Türkiyə yığmasında Fatih Terim Berti Foqts qədər pul alır. Məgər Fatim Terim Berti Foqtsdan çoxmu ağıllıdır? Onların futbolu müqayisə ilə bizdən üstündür. Fatim Terimin özündən müştəbehliyi 3 oyundan sonra Türkiyə komandasını axırıncı yerə gətirib. Ən zəif rəqiblərə belə qalib gəlmək iqtidarında deyil. Bu o deməkdir ki, yerli məşqçilik nəyisə dəyişmir. Bu yerli və xarici məşqçi məsələsi deyil. Futbola olan münasibət dəyişməlidir. İndi Bakıda xeyli bina tikilib, amma onların əksəriyyətində meydança yoxdu. Hamısı qaraj, restoran, kafe yeridi. Futbol oynan yerlərin hamısından kabab iyi gəlir. Hamısının əhatəsində beş restoran var. Bununla futbolu inkişaf etdirmək olmaz. Təbii ki, Berti Foqtsun problemləri var, amma bu tək məşqçi ilə həll olunan məsələ deyil”.
Mənbə: azvision.az
Raulun rekordu qırıldı
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi