Rakitiç millimizi ələ saldı

Rakitiç millimizi ələ saldı
ÖLKƏ FUTBOLU 14 Oktyabr 2014 / 12:27 10931
-  A +

"Azərbaycan təhlükəli rəqib olduğunu göstərdi"


"Azərbaycan təhlükəli rəqib olduğunu göstərdi. Sadəcə bizim oyunumuz daha yaxşı alındı. Buna görə də belə hesab qeydə alındı".

Qol.Az-ın mnəlumatına görə, bu sözləri Xorvatiya millisinin üzvü İvan Rakitiç "Avro-2016"nın seçmə mərhələsində yığmamıza 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra yerli mətbuata açıqlamasında deyib.

"Barselona"nın yarımmüdafiəçisi Azərbaycan millisi üzərində qələbəyə görə arxayınlaşmamalı olduqlarını bildirib: "Bu qələbə hələ heç nəyi həll etmir.  Bundan sonra daha çətin oyunlarımız var. Yaxşı start götürmüşük. Bunun ardını gətiməliyik".

Daha çox


Son xəbərlər