"Əsas məqsədimiz erkən qol vurmaq idi ki, bunu da bacardıq. Hesabı açdıqdan sonra daha rahat oynayaraq qələbə qazandıq. Bu vacib qələbə idi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Andrey Kramariç "Avro-2016"nın seçmə mərhələsində məğlub etdikləri yığmamızla oyundan sonra deyib.
Ölkəsinin mətbuatına danışan gənc futbolçu qələbədə azarkeşlərinin də payının olduğunu bildirib: "Təbii ki, bu qələbədə azarkeşlərimizin də payı oldu. Onların möhtəşəm dəstəyi sayəsində 6 qol vurduq. Stadionda əla atmosfer var idi. Bizdən gözləntilər böyükdür. Qarşıda İtaliya ilə vacib oyunumuz var. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanacağıq".
Qeyd edək ki, Xorvatiyanın 6:0 hesabı ilə qalib gəldiyi görüşdə hesabı məhz Kramariç açıb. O, matçın 11-ci dəqiqəsində qapımıza yol tapıb.
Osimhen əməliyyat olundu
PSJ-dən Dembele qərarı
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?