Milli komandamızın sabiq baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına müsahibəsində yığmamızın “Avro-2016”nın seçmə mərhələsində İtaliyaya uduzduğu (1:2) oyundan və bu gecə Xorvatiya ilə keçiriləcək qarşılaşmadan danışıb.
- Millimizin İtaliya ilə oyununu necə qiymətləndirirsiniz?
-2002-ci ildə İtaliya ilə oyunlar zamanı milli komandaya rəhbərik edən şəxs kimi deyə bilərəm ki, o dövrdə rəqibimiz indikindən qat-qat üstün heyətə malik idi. İndi də İtaliyanı millimizlə müqayisə edəndə səviyyə fərqinin böyük olduğunu görürük. İtaliya – Azərbaycan oyunu onu sübut etdi ki, heyətdə ulduz futbolçuların olmağı çox şeyi həll edir. İtaliya nəticəyə oynayan komandadır. Düzdür, rəqib bizdən üstün oyun nümayiş etdirdi. Ancaq nəticə başqa cür də ola bilərdi. Bərabərliyi əldə etdikdən sonra hesabı qoruya bilərdik. İtaliya ilə oyunun son 20 dəqiqəsinin davamını Xorvatiyada görməliyik. Hansı ki, görüşün sonuna yaxın yığmamız rəqibdən çəkinmədi, pressinq etməyə başladı. Bunun sayəsində də rəqib öz qapısına qol vurdu.
- Komandamız son iki oyunda eyni ssenari ilə uduzur. Yəni hesabı qoruya bilmirik. Sizcə, bu, hansı problemlərdən irəli gəlir?
- Bunu baş məşqçi Berti Foqts bizdən qat-qat yaxşı bilər. Foqts özü də bildirib ki, bu poblemi yeddi ildir ki, düzəldə bilmir. Hesabı bərabərləşdirdikdən sonra komandamız daha da inamlı olmalıdır. Çox təəssüf ki, bunun əksini görürük. Əsas problemimiz standart vəziyyətlər zamanı özünü göstərir. Demək olar ki, hər oyunda asmalardan qapımıza qol vurulur. Bunun üzərində də xeyli çalışmaq lazımdır. Məncə, hesabı qoruya bilməməyimiz əsas psixoloji problemdən irəli gəlir. Yəni bərabərlik qolunu vurduqdan sonra tez müdafiə haqda düşünürük.
- Hətta öz meydanımızda da millimiz istənilən hücum futbolunu sərgiləmir.
- Bəli, hər iki oyunda hesab 1:1 olan kimi nəticəni qorumağa çalışdıq. Ancaq oyunun sonuna qədər tabloya baxmaq lazım deyil. Millimiz öz oyununu sərgiləməlidir. Bu qədər müdafiəyə çəkilmək olmaz. Məncə, ən böyük problem budur.
- Xorvatiya ilə ilə bu gecə keçiriləcək oyunda millimizdən nə gözləmək olar?
- Xorvatiya bu gün qrupda əsas favoritlərdən sayılır. Millimizdən fərqli olaraq son oyunda qələbə qazanıblar. Buna görə də psixoloji cəhətdən üstün durumdadır. Azərbaycanla oyunda yaxşı nəticə qazanmaqla liderliyini qorumağa çalışacaq. Çünki xorvatlar noyabrda İtaliya ilə qarşılaşacaq. Buna görə də bugünkü görüş millimiz üçün çox ağır olacaq. Ancaq yenə qeyd edirəm ki, nə qədər çətin oyun olsa da, biz öz nəyə qadir olduğumuzu göstərməliyik. Onu da əlavə etmək istərdim ki, tək nəticə yox, oyunumuz da olmalıdır. Elə oyun sərgiləməliyik ki, gələcəyə ümidlə baxa bilək.
- Ancaq son vaxtlar nə nəticə, nə də baxımlı oyunumuz var.
- Mən də onu demək istəyirəm ki, bəlkə də çoxları İtaliyaya 1 top fərqi ilə uduzduğumuz üçün sevinir, bunu yaxşı nəticə hesab edir. Ancaq biz buna sevinməməliyik. Daha böyük hesabla uduzub, ancaq ümidverici oyun sərgiləmək bundan yaxşı olardı. Heç olmasa inanardıq ki, komandamız bu oyunla gələcəkdə mütləq lazım olan nəticəni əldə edəcək. Bu, çox vacib şərtdir.
- Xorvatiya millisi İtaliyadan fərqli olaraq sırf nəticəyə oynayan komanda deyil. Bu baxımdan yığmamızı xorvatlarla dana çətin oyun gözlədiyini demək olar?
- İnanmıram ki, Xorvatiyadan tam fərqli oyun görək. Əslində Xorvatiya da son vaxtlar baxımlı oyun sərgiləmir. Buna görə də yerli mətbuat komandanı tənqid edir. Məncə, Azərbaycanla sırf nəticəyə oynayan Xorvatiya görəcəyik. Rəqib mütləq qələbə qazanıb, liderliyini qorumağa çalışacaq. Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriçin müsahibəsindən bəlli olur ki, ilk dəqiqədn qol vurmağa çalışacaqlar. Komandamız buna imkan verməməlidir. Aqressivliyi müdafiədə yox, hücumda göstərməliyik. Rəqibə imkan verməməliyik ki, istədiyi oyunu nümayiş etdirsin.
- Ardıcıl üçüncü məğlubiyyət millimizin iddiasının üstündən xətt çəkə bilər?
- İddia, hədəf həmişə olmalıdır. Hədəfsiz oynamaq mümkün deyil. Digər rəqiblərimizin oyunundan da çox şey asılıdır. Bu oyunlardan sonra nəsə demək olar. Hesab edirəm ki, hədəfdən uzaqlaşmamalıyıq. Reallıq buna nə dərəcədə imkan verəcək deyə bilmərəm, ancaq başa düşməliyik ki, ildən -ilə yaxşı nəticə əldə etməliyik, bizim azarkeşlər də sevinməlidir. Bugünlərdə olmasa da, Norveçlə görüşdən sonra millimizin iddiasından dəqiq danışmaq olar. Reallıq budur ki, 3-cü yer üçün əsas mübarizə Bolqarıstan və Norveç arasında gedir. Ancaq Norveçlə oyunda yaxşı nəticə qazanmaqla bu mübarizəyə biz də qoşula bilərik. Nəzərə almaq lazımdır ki, qeyd etdiyim rəqiblərimiz bu gün üz-üzə gələcək. Yəni onların biri üç xalla qala bilər. Buna görə də Norveçlə oyunumuz həlledici olacaq.
Ramiq AĞAMƏMMƏDOV
Tramp klublararası dünya çempionatının finalında olacaq
"Kəpəz"dən növbəti transfer - Rəsmi
"Arsenal" onunla yeni müqavilə imzalamağa yaxındır
"Barselona" onu Levandovskinin əvəzi kimi istəyir
“PSJ favoritdir, amma biz qalib gələcəyik”
"Real" 20 yaşlı hücumçunu transfer etdi
"Zirə" İordaniya klubuna qalib gəldi
"İmişli"də yeni müqavilə - Rəsmi
“Mən də Haaland, Keyn və Levandovski səviyyəsindəyəm”
"Mançester Yunayted"də ciddi itki
Emreli yoxlama oyununda yenə qol vurdu
"Real" Vinisiusla aparılan danışıqları dayandırdı
"Barselona"da 4 illik müqavilə
"Karvan" braziliyalı futbolçu transfer etdi
"Kəpəz"dən Ehtiram Şahverdiyev qərarı
Pioli rəsmən "Fiorentina"da
“Qəbələ” yeni transferini açıqladı
"Bayer" ABŞ millisinin üzvünü aldı
“Turan Tovuz” “Traktor”la qarşılaşacaq - Rəsmi
"Sabah"ın rəqibində ayrılıq
Levandovskinin yeni imici - Şəkillər
Azərbaycan klublarının mövqeyi məlum oldu - Dünya reytinqi
Donnarummanı transfer etmək istəyən nəhəng klub
Lui van Qal xərçəngə qalib gəldi
DÇ-2030-un finalı bu stadionda keçiriləcək
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
“Komandamızın çıxışı gələcəyə ümid verdi” - Qurban Qurbanov
"Komo" "Milan"dan 16 yaşlı hücumçunu aldı
"Atletiko"nun sabiq oyunçusu "Turan Tovuz"da - Rəsmi
"Qarabağ" növbəti transferini açıqladı - Rəsmi
"Beşiktaş" onu azad agent kimi transfer edir
"Araz-Naxçıvan" "Alanyaspor"la bərabərə qaldı
"Şamaxı"dan daha bir transfer - Rəsmi
İbrahim Şehiçi transfer etdilər
"Sumqayıt" yeni transferini açıqladı - Yenilənib
A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yeniləndi
"Fənərbaxça" 18 yaşlı futbolçu transfer etdi
"Turan Tovuz" onu da göndərdi
Henderson yenidən Premyer Liqada
Azərbaycan millisinin üzvü “Sabah”la müqaviləsini ləğv etdi
Araz Abdullayevin yeni klubu - Rəsmi
1-ci liqanın başlama tarixi məlum oldu
"Sumqayıt"da növbəti ayrılıq
"Bayer"in yeni səfər formaları - Şəkillər