Foqts "Qarabağ" və "Neftçi"ni tənqid etdi

Foqts "Qarabağ" və "Neftçi"ni tənqid etdi
ÖLKƏ FUTBOLU 12 Oktyabr 2014 / 17:09 9613
-  A +

Milli komandamızın baş məşqçisi Berti Foqts “Avro-2016”nın seçmə mərhələsində Xorvatiya ilə oyun öncəsi keçirilən mətbuat konransında Azərbaycan Premyer  Liqasının təqvimindən şikayətlənib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis əsasən “Qarabağ” və “Neftçi”ni tənqid edib:

"Altı ildir klublara deyirəm ki, futbolçular daha çox məşq etməldir. Artıq 2-3 gündən bir oynamağa alışmalıyıq. Avropada uzun illərdir ki, belə edirlər. Niyə "Qarabağ" və "Neftçi" Avropa Liqasında oynayanda onların matçları təxirə salınmalıdır? Bunların hamısı milli komandaya təsir edir. Yığmanın baş məşqçi mən olduğum üçün bütün günahı məndə görürlər. Aparıcı klublarda 3-4 azərbaycanlı futbolçu çıxış edir, qalanları isə legionerlərdir. Axı mən  braziliyalıları Azərbaycan yığmasına dəvət edə bilmərəm”.

Son xəbərlər