"İtaliyadan çəkinmək lazım deyil" - Emin İmaməliyev

"İtaliyadan çəkinmək lazım deyil" -  Emin İmaməliyev
ÖLKƏ FUTBOLU 10 Oktyabr 2014 / 19:25 4527
-  A +

Milli komandamızın sabiq üzvü Emin İmaməliyev Qol.Az saytına müsahibəsində yığmamızın “Avro-2016”nın seçmə mərhələsində bu gecə İtaliya ilə qarşılaşacağı oyun haqda sualları cavablandırıb

- 2002/2003-cü illərdə Avropa çempionatının seçmə mərhələsində millimizin heyətində İtaliyaya qarşı oyunlarda iştirak etmisiniz. Həmin oyunları necə xatırlayırsınız?

- Həmin görüşlərdə  biz ulduz futbolçulara qarşı oynayırdıq. Kristian Vieri, Del Pyero, Françesko Tottinin adını çəkmək kifayət edər. Həmin dövrdə İtaliya millisi indikindən güclü idi. Hər iki oyunda rəqibimizə uduzsaq da, sona qədər layiqli mübarizə apardıq.

- Bugünkü görüşdə komandamızdan nə gözləyirsiniz?

-Millimizin sabiq futbolçusu kimi həmişə istəmişik ki, yaxşı nəticə qazanaq.Bu gecə də komandamızdan yaxşı oyun gözləyirəm. İtaliyadan xalla dönmək olar. Düzdür, İtaliya dörd qat dünya çempionudur. Müqayisə edən rəqib bizdən üstün görünür. Amma buna görə rəqibdən çəkinməməliyik. Meydança düz, top yumurudur. Sadəcə, heç nədən çəkinmədən oynamq lazımdır.

İtaliyanın o dövrdə daha güclü olduğunu dediniz. Komandamız haqda da bunu söyləmək olar?

- Əlbəttə, o vaxt bizim millimizin əksəriyyəti ökə xaricində oynayırdı. İndiki millimiz əvvəlki illərlə müqayisədə zəifdir. Heç 10 il bundan əvvəllə müqayisə etmirəm. İki-üç il bundan qabaq da millimiz indikindən yaxşı  çıxış edirdi. Tamam başqa futbol oynayırdıq. Ancaq son qarşılaşmalarımızda komandamız yaxşı təsir bağışlamır. Bu, baş məşqçinin ekspermentləri ilə bağlı ola bilər. İşin içində olmadığım üçün bu haqda çox danışa bilmərəm. Komandamız istər, evdə, istərsə də səfərdə müdafiəyəmeyilli oynayır, arxada çox otururlar.

- Deməli, millimiz günü-gündən geri gedir?

- Son nəticələr bunu göstərir. Həyətə baxanda görürük ki, 6-7 müdafiəyəmeyilli futbolçu ilə oynayırıq. Sanki hər bir rəqibdən çəkinirik.  Bir qədər ürəkli oynamaq lazımdır.

- O dövrdə millimiz indikindən güclü olduğu halda səfərdə İtaliyaya 0:4 hesabı ilə uduzubsa, bu gün yaxşı nəticəyə ümid edə bilərik?

- Hər zaman yaxşı nəticə haqda düşünmək lazımdır. Nəyi istəsən, onu əldə etmək asan olar. Ancaq irəli baxmalıyıq. Oyundan əvvəl keçmişdə olan nəticəni düşünmək düzgüz olmaz. Fikirləşsək ki, rəqibimiz İtaliyadır, bizə bir neçə qol vuracaqlar, onda oyundan əvvəl uduzmuş sayılarıq. Ancaq fikirləşsək ki, hər bir rəqibə qarşı oynamaq olar, o zaman nəsə əldə edə bilərik. Kimdən soruşsan, deyəcək ki, bugünkü oyunun favoriti İtaliyadır. Ancaq meydanda kim ağıllı futbol oynasa, o da qazanacaq.

- Yığmamız son oyununu Bolqarsıtana qarşı keçirib. Bu görüşə nəzərən komandamız haqda hansı qənaətə gəlmək olar?

- Bolqarıstana qalib gəlməli idik. Ancaq komandamız hesabı bərabərləşdirəndən sonra yenə də müdafiədə oturdu. Düzdür, hesabı qoruyub, xal qazanmaq da lazımdır. Anaq çəkinmək lazım deyil. Xüsusən də öz meydanımızda, azarkeşlərimiz önündə  ürəkli futbol nümayiş etdirməliyik.

- İtaliyaya qarşı necə oynamaq düzgün olardı?

- İstənilən baş məşqçi  İtaliya ilə səfər oynunda müdafiə taktikası seçərdi. Məncə də bu gün daha çox müdafiədə diqqətli olmalıyıq. Ancaq nəzərə almaq lazımdır ki, rəqib bizi o qədər də ciddiyə almır. Yəni İtaliyanın müdafiəsində boşluqlar yarana bilər. Bu boşluqlardan istifadə etək üçün isə komandamız ürəkli olmalıdır. Fikir verin, Slovakiya İspaniyaya qalib gəldi. Bunlar hamısı özünəinamın sayəsində olur.

Ramiq AĞAMƏMMƏDOV 

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə