UEFA növbəti mövsümdən etibarən Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin püşkatmasında dəyişiklik edəcək.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu barədə UEFA-nın baş katibi Canni İnfantino açıqlama verib.
Onun sözlərinə görə yeni mövsümdən I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Həmin səbətə qitənin ən mötəbər turnirinin son qalibi də əlavə ediləcək.
Ən güclü çempionatlar FİFA-nın aylıq reytinq siyahısına əsasən müəyyənləşdiriləcək. Hazırkı sistemə görə, komandaların səbətlərə bölüşdürülməsi son 5 ildəki çıxış əsasında aparılır.
Qeyd edək ki, daha öncə püşk zamanı yüksək reytinqə malik komandalar I səbətdə qərarlaşırdılar. Məsələn, "Mançester Siti" klubu ötən mövsüm Premyer Liqanın qalibi olsa da, 2014/2015 mövsümünün püşkü zamanı II səbətdə yer almışdı. Buna səbəb isə "Mançester Siti"nin UEFA reytinqində "Arsenal" və "Çelsi"dən geridə olması idi.
"Beşiktaş" onu göndərdi
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi