"Məsuliyyəti baş məşqçi daşıyır" - Elxan Məmmədov

"Məsuliyyəti baş məşqçi daşıyır" - Elxan Məmmədov
ÖLKƏ FUTBOLU 9 Oktyabr 2014 / 22:17 4123
-  A +

AFFA-nın baş katibi Elxan Məmmədov millimizin bu gün Palermoda keçirilən açıq məşqi vaxtı brifinq keçirib. E.Məmmədov öncə İtaliya və Xorvatiya ilə seçmə oyunlar haqqında fikirlərini bildirib.
 
"İki son mundialda iştirak etmiş yığmalara qarşı oynayacağıq. Komanda bunu bilir. Futbolçular bu matçlara hazırdır. Palermoda ideal hava hökm sürür. Təbii ki, İtaliya ilə matçdan sonra ab-havanın necə olacağını biləcəyik. Əsas məsələ bu oyunda futbolçularımızın mübarizə aparmasıdır. Çünki ustalıq baxımından İtaliya yığmasını bizimki ilə müqayisə etmək mümkün deyil. Dünyada 5 güclü yığmadan biri İtaliyadır. Ustalıq baxımından onlara qarşı oynamaq bizim üçün çətin olacaq. Ona görə də futbolçulardan son saniyələrədək mübarizə aparmaq tələb olunur".
 
- Bolqarıstana yenilgidən sonra futbolçular psixoloji cəhətdən sınıb. İndi futbolçuların vəziyyəti necədir?

- Ötən seçmə mərhələyə Bakıda 1 xalla başladıq. Ona görə də bu dəfə evdə ilk oyunumuzda qalib gəlmək istəyirdik. Təəssüf ki, 3 xalı qazana bilmədik. Təbii ki, İtaliya və Xorvatiya ilə oyunlar öncəsi bunun psixoloji baxımdan mənfi təsiri var. Amma futbolçularımız peşəkardır. Məncə, artıq həmin oyunu unudublar və İtaliya ilə matça hazırdırlar.
 
- Məşqdən öncə futbolçular və məşqçilər heyətinə nə dediyinizi bilmək olar?

- Təbii ki, tövsiyə və məsləhətləri baş məşqçi verir. AFFA rəhbərliyi olaraq biz də bu oyunda onlardan nə gözlədiyimizi bildirdik. Biz onlardan meydana çıxıb mübarizə aparmaqlarını gözləyirik.
 
- Aparıcı oyunçularımızın bəzilərinin olmaması yığmaya nə dərəcədə təsirini göstərə bilər?

- Son seçmə mərhələ göstərdi ki, kifayət qədər futbolçumuz var. Kimi heyətə dəvət etmək baş məşqçinin qərarıdır. Bəzi futbolçular zədəli, bəziləri isə fiziki durumu qaydasında olmadığı üçün heyətə çağırılmayıb. Biz baş məşqçiyə aid olan texniki məsələlərə qarışmırıq. Sözsüz ki, hər oyundan sonra məsuliyyəti baş məşqçi daşıyır.
 
- Bu 2 oyunda bizi 1 xal qane edəcəkmi?

- Hesab edirəm ki, bəli. Bu 1 xal 3-ə bərabər olacaq.

Mənbə: apasport.az

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə