"İtaliyaya hər zaman böyük həvəslə gəlirəm. Bura gözəl ölkədir. Yaxşı havası var və dənizdən həzz alırsan. Məni tanıyan bilir ki, İtaliya futbolunun dostuyam. Təəssüf ki, İtaliya yığması son dünya çempionatında uğursuz çıxış etdi. Ancaq futbolda belə hallar olur"
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacaqları İtaliya ilə oyundan öncə keçirdiyi mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis İtaliya ilə matçın onlar üçün yaxşı təcrübə olacağını bildirib: "Futbolçularım bilirlər ki, İtaliya ilə görüşdə diqqətli və soyuqqanlı olmalıdırlar. Belə komandaya qarşı oynamaq bizim üçün yaxşı təcrübədir. Ümid edirəm ki, məşqdə etdiklərimizi meydanda da göstərə biləcəyik. Belə matçlardan öyrənmək lazımdır. İngilislərin bir məsəli var: oynaya oynaya öyrənmək lazımdır. Biz də belə etməliyik".
Vaqif Cavadov və Mahir Şükürovu yığmaya dəvət etməməsinə də münasibət bildirən B.Foqts bu haqda belə deyib: "Bu barədə sizə daha sonra ətraflı danışacam. Ancaq onu deyə bilərəm ki, hazırda hər iki futbolçunun hazırlıq səviyyəsi aşağıdır. Məlum olduğu kimi, "Avro-2020"nin 4 oyunu Bakıda keçiriləcək. İndidən həmin turniri düşünməli və gənclərə şans verməliyik".
67 yaşlı mütəxəssis İtaliya və Xorvatiya ilə oyunların çətin keçəcəyini vurğulayıb: "Frankfurtda hazırlıq keçdiyimiz üçün çox şadam. Bundan öncə mən “Qarabağ”ın Avropa Liqasında “İnter”lə oyununa baxmışdım. Onu deyim ki, “Qarabağ”ın oyunçularının heç də hamısı yüksək səviyyədə deyil. Səbəbini bilmirəm. İtaliya və Xorvatiyaya qarşı oyunlar çox çətin olacaq. Bununla belə, biz kişiyik. 18 yaşdan sonra kişi sayılırıq. Əgər 23 yaşındakı futbolçu meydana qorxa-qorxa çıxırsa, məncə, o başqa idman növünü seçməlidir. Mən 1,67 boyundayam. Amma hündürboy Matsoliyə qarşı oynamaq imkanım olub. Sizcə mən ondan qorxurdum?".
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?