“İnter” “Qarabağ”la oyunda çox həyəcanlı idi” - Matsari

“İnter” “Qarabağ”la oyunda çox həyəcanlı idi” - Matsari
ÖLKƏ FUTBOLU 5 Oktyabr 2014 / 13:12 5471
-  A +

İtaliya “İnter”inin baş məşqçisi Valter Matsari Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qalib gəldikləri (2:0) oyundan danışıb.

Qol.Az-ın məlumatına görə, İtaliya mətbuatına açıqlama verən mütəxəssis bir daha “Qarabağ”la oyunun asan olmadığını deyib:

“Qarabağ” gənc komanda olsa da, kifayət qədər yaxşı futbolçulara malikdir. A seriyasının son turunda  doğma meydanda “Kalyari”yə 1:4 hesabı ilə uduzduğumuz üçün  komandamızda əhval-ruhiyə qaydasında deyildi. Futbolçular “Qarabağ”la oyunda çox həyəcanlı idi. Onlar növbəti məğlubiyyətdən qorxurdular.  Lakin səhvərini anlamışdılar və bu səbəbdən “Qarabağ”a qarşı düzgün oynadılar. Komandamın hər bir üzvünə təşəkkür edirəm. Həmçinin, azarkeşlərə minnətdaram. Onlar son uğursuz nəticədən sonra da bizi tək qoymadı”. 

Xatırladaq ki, “İnter” qrup mərhələsinin növbəti turunda “Sent Etyen”lə qarşılaşacaq.
 

Daha çox


Son xəbərlər
20.12.25  22:54

Yamal, Haaland, Keyn...

20.12.25  10:02

Salah üzr istəyib