Avropa Liqasının qrup mərhələsinin II turunda öz meydanında "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edən "İnter" klubunun hücumçusu oyunla bağlı fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, İtaliya mətbuatına danışan 21 yaşlı futbolçu "Qarabağ"la görüşdə qazanılan qələbənin onlar üçün çox önəmli olduğunu bildirib:
"Kalyari"yə məğlubiyyətdən sonra bu, bizim üçün çox önəmli qələbə idi. Həmin oyundan sonra növbəti görüşdə qələbə qazanacağımızı söyləmişdik və bunu bacardıq. Yaxşı oyun sərgilədik. "Qarabağ" yaxşı komandadır, ancaq biz daha güclü idik".
Qeyd edək ki, "İnter"in 2:0 hesabı ilə qalib gəldiyi görüşdə ikinci qolu məhz İkardi vurub.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı