İtaliyanın nüfuzlu “La Qazzetta dello Sport” nəşrində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla müsahibə çap olunub.
Lent.az-ın Milandakı əməkdaşı Səbuhi Məmmədlinin verdiyi xəbərə görə, müsahibə “Qarabağ”lı futbolçuların məskunlaşdığı otelin təsviri ilə başlayır. Müəllif azərbaycanlı futbolçuların çox rahat olduğunu yazır: “Qarabağ”lı futbolçuları heç elə bil “İnter”lə vacib oyun gözləmir”.
Qurban Qurbanov “La Qazzetta dello Sport”a müsahibəsində hər zaman İtaliya futbolundan öyrəndiyini bildirib: “Müdafiə futbolunun özəlliklərini məhz İtaliya futbolundan öyrənməyə çalışmışam. Uşaq vaxtı ən çox sevdiyim klub “Milan” idi”.
Qurban Qurbanovun AVRO-2004-ün seçmə mərhələsində 2002-ci ilin sentyabrında Bakıda İtaliya yığmasına qarşı forma geyinməsi də yazıda öz əksini tapıb: “42 yaşlı Qurban Qurbanov Azərbaycanda ən populyar baş məşqçidir. Qurban Qurbanov Azərbaycan yığmasında oynadığı 67 oyunda 14 qol vurub”
Qurban Qurbanov “Qarabağ”ın torpaqları erməni işğalçıları tərəfindən işğal olunmuş məcburi köçkünlərin simvolu olduğunu da sözlərinə əlavə edib: “Qarabağ” təkcə futbol klubu deyil, “Qarabağ” həm də torpaqlarını itirmiş azərbaycanlı məcburi köçkünlərin simvoludur. Bu komanda 1993-cü ildə Azərbaycan çempionu oldu və təmsil etdiyi Ağdam şəhəri elə həmin il ermənilər tərəfindən işğal olundu. Və düz 21 ildir ki, “Qarabağ” doğma stadionunda oynaya bilmir. Bütün oyunlarımızı paytaxt Bakıda keçiririk. Məhz bu amilə görə, üzərimizdə çox böyük məsuliyyət var. “Kalyari” San-Siroda “İnter”i məğlub edibsə (İtaliya “A seriya”sının son turunda “Kalyari” “İnter”i 1-4 hesabı ilə məğlub edib-red), nədən biz də bunu etməyək? Mən heç-heçəyə zəmanət vermirəm”.
Müəllif sonda “Qarabağ”ın Azərbaycanda həddindən çox sevilən bir klub olmasını qeyd edib: “Aeroportda onları böyük izdiham və coşquyla yola salıblar”.
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi