“Qarabağ” hələ son sözünü deməyib" – Kristof Qaltye

“Qarabağ” hələ son sözünü deməyib" – Kristof Qaltye
GÜNDƏM 2 Oktyabr 2014 / 13:32 7999
-  A +

Avropa Liqasının qrup mərhələsində bu gün “Dnepr”lə qarşılaşacaq “Sent Etyen” klubunun baş məşqçisi oyun öncəsi keçirdiyi mətbuat konfransında qrupda digər rəqiblərindən olan “Qarabağ” haqda da danışıb.

Qol.Az-ın Fransa klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 48 yaşlı mütəxəssis komandamızı qrupun təhlükəli rəqiblərindən hesab etdiyini bildirib:

“Hamı “İnter” və “Dnepr”i qrupun favoriti hesab edə bilər. Bu komandalar nisbətən üstün sayılır  Ancaq “Qarabağ” hələ son sözünü deməyib. Onlar qrupda istənilən rəqib üçün təhlükəli sayıla bilər. Bunu Bakıdakı qarşılaşmada gördük. “Dnepr”ə qarşı isə layiqli mübarizə aparacağıq. Ukrayna çempionatını izləmişik. Rəqibi yaxşı təhlil etmişik.  İndidən hansı komandanın favorit olduğunu demək düzgün olmaz”.

Xatırladaq ki, bu gecə Bakı vaxtı ilə saat 00:05-də “Sent Etyen” öz meydanında “Dnepr”i qəbul edəcək.    

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır