Xavi Hernandezdən yeni rekord

Xavi Hernandezdən yeni rekord
GÜNDƏM 1 Oktyabr 2014 / 02:45 4548
-  A +

“Barselona”nın futbolçusu Xavi Hernandez karyerasında yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, ÇL-ın qrup mərhələsində PSJ ilə oyunun 69-ci dəqiqəsində  meydana çıxan ispaniyalı yarımmüdafiəçi sözügedən turnirdə ən çox oyun keçirən Raul Qonzalesin rekordunu qırıb.

PSJ-yə 2:3 hesabı ilə məğlub olduqları qarşılaşma 34 yaşlı futbolçunun ÇL-da 143-cü  oyunu olub. R.Qonzales isə 142 dəfə bu turnirdə forma geyib.


1998-ci ildə Lui Van Qalın rəhbərliyi altında ÇL-da debüt edən təcrübəli pleymeyker daha əvvəl  Paolo Maldini (140), İker Kasilyas (141) və Rayan Giggzi də (141) geridə qoyub.

Daha çox


Son xəbərlər