"Bakı"nın yeni məşqçisi İlyas Qurbanov klubun rəsmi saytına müsahibə verib. Müsahibəni təqdim edirik.
- Bir neçə gündür gündür ki, yeni işə başlamısınız. İlk öncə bu münasibətlə sizi təbrik edirik. Bu təyinatı gözləyirdinizmi?
- Təbrik üçün təşəkkür edirəm. Bildiyiniz kimi burada çıxış etmiş keçmiş futbolçular klub rəhbərliyinin diqqəti sayəsində futboldan kənarda qalmayıb. Mən də karyeramı bitirdikdən sonra “Bakı” futbol klubununakademiyasında məşqçi kimi fəaliyyətə başladım. Akademiyanın müxtəlif yaş qrupları üzrə komandalarında çalışmışam. Sonuncu dəfə klubun 1999-cu il təvəllüdlülərdən ibarət komandasına rəhbərlik edirdim. Bir neçə həftə bundan qabaq klub rəhbərliyi əsas komandaya kömək etmək barədə təklif etdi. Bu mənim üçüngözlənilməz olsa da çoxdankı arzumun gerçəkləşməsi üçün çox məmnunam.
- Əsas komandada işiniz nədən ibarət olacaq?
- Baş məşqçiyə kömək edirəm. İşim təlim-məşqlərin təşkilində iştirak, baş məşqçinin məşq planını həyata keçirməklə ona yadım etməkdən ibarətdir. Çalışacağıq ki, “Bakı”nı ötən günlərinə qaytaraq.
- Akademiyanın yetirmələri ilə Premyer Liqada uğur qazanmaq çətin olmayacaq?
- Bilirsiniz, klubun akademiyasında yüzlərlə istedad var. Buradakı mühitdə böyüyən futbolçular buna çoxdan hazır idi. Bizim əsas məqsədimiz buradakı istedadları əsas komandaya cəlb edərək onların bacarıqlarını üzə çıxararaq onları Azərbaycan futboluna qazandırmaqdır. Klub rəhbərliyi gənclər üçün gözəl imkan yaradıb. Bu gün “Qarabağ”da, “Simurq”da və bir çox aparıcı klublarda “Bakı”nın yetirmələri çıxış edir. Biz buna sevinirik. Bu onu göstərir ki, klub doğru yoldadır. Klubun strategiyası milli komandalara futbolçu verməkdir. Ölkə çempionatında nəticə özü gələcək.
- Həm futbolçu həm də məşqçi kimi “Bakı”nın uğurları üçün çalışmaq arasında hansı fərqlər var?
- Fərq böyükdür. Oynadığımız vaxtlarda işim ancaq məşq və oyunlarda iştirak etmək idisə indi məsuliyyətimiz ikiqat artıb. Bütün komandanı düşünməli – məşq prossesini, zədəliləri, rəqibləri, psixoloji amilləri, komandanı toparlamağı, güclü-zəif nöqtələri müəyyənləşdirib onları aradan qaldırmağın yollarını tapmalısan. Bir sözlə bu işlər bir-birindən kəskin fərqlənir.
- Bir neçə ay bundan öncə “Bakı”nın “Lans” ilə əməkdaşlığı çərçivəsində Fransada təlim məşq toplanışı keçirən komandalardan biri də sizin çalışdığınız U-16 idi. Fransa təlimləri məşqçi baxışlarınızda nələri dəyişdi?
- Orada təlim-məşq toplanışı zamanı bir neçə yoldaşlıq görüşləri keçirdik. Uşaqlarımız Azərbaycan futbolu ilə Avropa futbolunun fərqini gördülər. Burada biz hamıdan güclü idik, orada isə çox zəif görünürdük. Əlbəttə, bundan nəticə çıxararaq düşüncələrimizdə inqilab etdik. Bundan əlavə 5 yetirməmiz 2 aya yaxın “Atletiko”nun bazasında oldu. Bütün bunlar uşaqlarımız üçün böyük bir təcrübə oldu. Belə bir imkanı bizlər üçün yaradan klub rəhbərliyinə başda Hafiz müəllimə bir daha təşəkkür edirik. Bu işlər davam etdirilir.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi