"Düzü, biz işimizi elə qurmuşduq ki, qrup mərhələsinin oyunlarını əldə edək..."
“Bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsinin iclasında 2020-ci il futbol üzrə Avropa çempionatının (Avro-2020) oyunlarının Bakıda keçirilməsinə dair qərar Azərbaycan üçün çox tarixi və önəmlidir”.
Qol.Az-ın “Trend” agentliyinə istinadən yaydığı xəbərə görə, bunu hazırda Cenevrədə olan AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.
Bu qərarla bağlı Azərbaycanın bütün idmansevərlərini, futbol ailəsinin üzvlərini ürəkdən təbrik edən E.Məmmədov deyib ki, Bakının Avro-2020 oyunları üçün seçilməsi sevindiricidir: "Sözün düzü, biz özümüz buna hələ də tam inana bilmirik ki, Bakını seçdilər. Bakı 2020-ci ildə futbol üzrə Avropa çempionatının 1/4 finalının oyununu qəbul edəcək. Bunu başa düşmək, anlamaq üçün vaxt lazımdır. Bu, həqiqətən Azərbaycan üçün böyük hadisə, müsbət haldır. Sözün düzü, biz işimizi elə qurmuşduq ki, qrup mərhələsinin oyunlarını əldə edək, lakin sənədlərdə qeyd etmişdik ki, 1/4 finalın oyunlarını da qəbul etməyə hazırıq. Sənədləri də buna uyğun hazırlamışdıq. Sonda isə Bakı 1/4 final oyunlarının keçiriləcəyi 4 şəhərdən biri oldu".
Onun sözlərinə görə, çempionat dövründə, yəni 30 gün ərzində Bakıda 3 qrup oyunu və bir 1/4 final oyunu keçiriləcək: "UEFA qərar verərkən bizim tender sənədlərimizdə son illərdə respublikamızda futbola göstərilən qayğı və diqqətin xüsusi qeyd olunduğunu nəzərə alıb. Qeyd etmək lazımıdır ki, bizim sənədlərdə ən güclü tərəflərimizdən biri o idi ki, hələ ilk mərhələdən bu təşəbbüsə Azərbaycan Prezidenti cənab İlham Əliyevin birbaşa dəstəyi var idi. Ona görə də bu, çox sevindirici haldır ki, bunu nəzərə alaraq UEFA belə bir qərar qəbul edib. Bir daha qeyd edirəm ki, cənab Prezident ilk gündən bu təşəbbüsə dəstək olub və bu amil tender sənədlərində də öz əksini tapıb".
Qeyd edək ki, bu gün İsveçrənin Cenevrə şəhərində UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasda Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 13 şəhər müəyyənləşib.
Bunlar Bakı (Azərbaycan), Brüssel (Belçika), Kopenhagen (Danimarka), London (İngiltərə), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Dublin (İrlandiya), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) şəhərləridir.
Bu şəhərlərdən 4-ü - Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 final oyunlarını da qəbul edəcək. Digər 8 şəhərdə isə pley-off-un 1/8 final mərhələsinin qarşılaşmaları baş keçiriləcək.
Qaydalara görə, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu turnirinin 4 matçını qəbul edəcək: ev sahiblərinə Avro-2020-nin qrup mərhələsinin üç, pley-off-un bir (1/8 və ya 1/4 final) görüşünü təşkil etmək hüququ verilib.
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi