"Qarabağ"a asan qalib gələcəyimizi düşünürdük" – Mövlud Ərdinç

"Qarabağ"a asan qalib gələcəyimizi düşünürdük" – Mövlud Ərdinç
GÜNDƏM 19 Sentyabr 2014 / 00:45 10272
-  A +

"Bu oyunda gördük ki, “Qarabağ” çox yaxşı komandadır. Bakıdan bir xalla döndüyümüz üçün şadıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Sent-Etyen” klubunun futbolçusu Mövlud Ərdinç “Qarabağ”la Avropa Liqasının qrup oyunundan sonra deyib. 

Türkiyəli hücumçu matçdan əvvəl “Qarabağ” haqda başqa fikirdə olduqlarını bildirib: “Rəqibin bir neçə oyunlarını izlәmişdik. Düşünürdüm ki, səfərdən rahat 3 xalla dönәcәyik. Rəqibin futbolçusu Reynaldo çox tәhlükәli hücumçudur. İkinci hissədə müdafiәyә çəkildik. Bir xal pis nəticə deyil. Azәrbaycan gözәldir. Burada özümü vətənimdəki kimi hiss etdim. Bu, Azərbaycana ikinci səfərimdir. Daha öncə gənclər yığmasının heyətində Bakıya gəlmişəm”.

Qeyd edək ki, "Qarabağ" - "Sent-Etyen" oyunu 0:0 hesabı ilə başa çatıb.


 

Daha çox


Son xəbərlər