Çətindi, məsuliyyətlidi, amma edək! “Qarabağ”a görə! Qarabağa görə!
Bu gün Fransanın “Sent-Etyen” klubu ilə ilk oyununa çıxır “Qarabağ”. Bu, Qurban Qurbanov və komandasının Avroliqanın qrup mərhələsində ilk oyunudur. İddialıdır Qurban. Elə dünən keçirdiyi mətbuat konfransında da dedi: “Komandanı yaxşı təhlil etmişik, zəif yerlərini bilirik, uğur qazanacağımıza inanırıq”.
Elə biz də. Hətta Milanda belə. Hə, Milanda. Oktyabrın 2-də, İtaliyanın şimal paytaxtında, “Cüzeppe Meatza” stadionunda “Qarabağ” Avropa nəhənglərindən biri, dünyaca məşhur “İnter”lə qarşılaşacaq. O “İnter”lə ki bir dəfə elə Avroliqanın qrup oyunları çərçivəsində “Neftçi”ni qəbul etmişdi. Üstəlik, 80 minlik “Cüzeppe Meatza” azərbaycanlıların vurduğu iki qola şahidlik də etmişdi.
O vaxt həmin bu “Cüzeppe Meatza”da futbola baxan tiffozi Cüzeppe təbii ki Bakının harada, hansı ölkənin paytaxtı olduğunu bilirdi. Amma bu dəfə “Cüzeppe Meatza”da adının qarşısında “Ağdam” yazılmış bu komandanın təmsil olunduğu şəhəri xəritədə axtaracaq, tapacaq. Paytaxtdan xeyli aralı olduğunu görəcək, bir əyalət komandasıyla qarşılaşdığını da biləcək. Bəs görəsən onu da biləcəkmi ki, 80 minlik bu stadiona çıxıb da, on minlərlə çılğın italiyalının təzyiqi, susmayan, 90 dəqiqə bitməyən mahnıları, qulaq batıran barabanları qarşısında oynayan komanda… Avroliqada oynayan yeganə qaçqın komandasıdır.
Və bu komandanın təmsil etdiyi şəhər işğal altındadır.
Və bəlkə səsli-külü, qulaq batıran “Cüzeppe Meatza”da sakit, başını aşağı salıb, çılğın tiffozinin hərəkətinə reaksiya verməyən “Qarabağ” oyunçularının dəmir əsəb yiyələri olduğuna da heyrətlənəcək. Amma bilməyəcək ki, çox yox, elə bir il əvvələdək, bu komanda cəbhə xəttinin bir neçə kilometrliyində çempionat oyunları keçirirdi, “Qrad”, top, atəş təhlükəsi altında. Və onu da bilməyəcək ki, bu şəhərdə futbolu necə sevərdilər bir vaxt, elə bu şəhərin “İmarət”i də, “İmarət”ə yığışan azarkeşləri də tiffozi qədər də olmasa, futbolla nəfəs alırdılar. Və bəlkə onu da bilməyəcək ki, ilk çempionluğunu da... elə işğal olunduğu il qazanmışdı...
Hə, “Qarabağ” işğal olunmuş bir şəhərin, Ağdamın komandasıdır. O şəhərin ki, bir zamanlar bəlkə də Qafqazın ən unikal stadionuna malik idi. Və o şəhər qalsaydı, elə həmin Cüzeppe nə vaxtsa belə bir stadionda futbola baxmağı ilə geri, Milana qayıdanda qürurla danışacaqdı.
Amma bu stadion yoxdu. Yerlə bir edilib. Elə o şəhər, Ağdam kimi…
Razıyam, artıq Azərbaycan dövlətinin apardığı təbliğat sayəsində ermənilərin yüzillər ərzində apardığı saxta təbliğat sıradan çıxarılır, dünya əsl həqiqətləri görməyə başlayır. Onunla da razıyam ki, Qarabağın, bu münaqişənin tarixi, işğal nəticəsində ölkəmizə dəyən ziyan, xalqımızın yaddaşından heç vaxt silinməyəcək Xocalı faciəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdıra bilmişik.
Amma kifayətdirmi? Bəsdimi? Əsla yox! İndi, elə bu məqamda əlimizə düşən fürsətdəncə yararlanmağın nəyi pisdir ki? Bizə Milanı, İtaliyanın ikinci ən böyük şəhərini ikicə gün də olsa, Qarabağla nəfəs almağa nə mane olur?
Bəli, oktyabrın 2-də Milanın Piazzale Angelo Moratti küçəsi on minlərlə fanatı ağuşuna alacaq. Axşam saatlarından başlayaraq on minlərlə azarkeş elə bu küçədə yerləşən “Cüzeppe Meatza”ya doğru yön alacaq. Çox yox, elə 10-15 min buklet çap edib, Avropanın mərkəzində Qarabağ, Ağdam həqiqətlərini italiyalara çatdıraq bəlkə? Yazaq ki, bax bu seyr etdiyiniz komandanın təmsil etdiyi şəhər indi xarabalığa çevrilib, “ruhlar şəhəri” adlanır...
Bunu etmək üçün çox böyük vəsait də lazım deyil. Təsəvvür edin, stadionun dörd bir yanında, bütün sektorlarında paylanacaq bu bukletlər italiyalılarda hansı hisləri yaşadacaq, hansı həqiqətləri biləcəklər. Və inandırıram, doğma şəhərini itirmiş, hansı əzmkarlıqla Avroliqaya yüksələn belə bir komandanı onlar da alqışlayacaqlar.
Və ya oyundan bir gün əvvəl Qurban Qurbanovun keçirdiyi mətbuat konfransına gələcək italiyalı jurnalistlər komandalarının doğma şəhəri işğal altında olan bir klubla qarşılaşacaqları barədə məlumatlandırmaq necə, sizcə, alınarmı?
Başa düşürəm, əziyyətli işdi, amma edək!
Çətindi, məsuliyyətlidi, amma edək!
Girək bu işin altına!
“Qarabağ”a görə...
Qarabağa görə...
Səbuhi MƏMMƏDLİ,
Lent.az
P.S. Bu sətirlərin müəllifi tamam başqa işlə bağlı həmin günlər Milanda olacaq. Bu işi görən olsa, fəhləliyini eləməyə hazıram...
"Zirə"ni liderliyə yüksəldən matçından - Video
"Həmin qol olmasaydı..." - Yuri Vernidub
Tovuzlu azarkeşlər Berdıyevi istefaya səslədilər - Video
"Beşiktaş" onu göndərdi
"Zirə" "Neftçi"yə qalib gəldi, lider oldu
“Real” “Malaqa”nı darmadağın etdi
"Kəpəz"in doğma meydana qayıdış qələbəsindən - Video
"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev
3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
Benzema ərəb klubundan gedir?
“Çelsi” 7 qolluq matçdan qalib ayrıldı
“Zirə” - “Neftçi” matçının heyətləri açıqlandı
Mahir qol vursa da, komandası uduzdu
Azarkeşlər etiraz etdi, transfer danışıqları dayandırıldı
“Arsenal”dan “Barselona”ya keçə bilər
“Kəpəz” - “Turan Tovuz”: Heyətlər
"Qarabağ", "Qəbələ" və "Neftçi"dən qələbə
"Mançester Siti" "Liverpul"un ulduz futbolçusu ilə razılaşdı
"Qalatasaray" Rafael Leaonun transferini açıqladı
"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi
Azərbaycan millisinin üzvü "Sampdoriya"da debüt etdi
Emiliano Martines "Çelsi"də - Rəsmi
Misli Premyer Liqasında 18 oyunun vaxtı açıqlandı
Rüfət İsraildə gözəl qol vurdu - Video
“Qarabağ”dan bu yayın 11-ci transferi - Rəsmi
"Barselona" bu futbolçunu satdı
5 qol və "Qalatasaray"ın qələbəsi - Video
"Araz-Naxçıvan"ın bütün rəqibləri bilindi
Yankoviç “Qarabağ”dan ayrılacaqmı? - Son xəbər…
"Borussiya" qalib gəldi, "Bayer" uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi