“Mən Azərbaycanı sevirəm!” – Reynaldo Silva

“Mən Azərbaycanı sevirəm!” – Reynaldo Silva
GÜNDƏM 8 Sentyabr 2014 / 14:09 8061
-  A +

“Qarabağ”ın braziliyalı legioneri Reynaldo Silva növbəti dəfə Azərbaycan millisində oynamasının mümkünlüyü haqda açıqlama verib.

Qol.Az-ın xəbərinə görə, “Xəzər TV”yə müsahibəsində o, millimizdə çıxış etməsi üçün ona dəstək olan hər kəsə təşəkkür edib.

“Düzdür, rəsmi təklif almamışam. Amma hər halda belə söhbətlərdən xoşbəxtəm. “Qarabağ” və Azərbaycan mənim ikinci vətənimdir” – deyə R.Silva qeyd edib.

O, AFFA-nın baş katibi Elxan Məmmədovun R.Silvanın xarici ölkə klubunda çıxış edəcəyi halda Azərbaycan millisinə gəlməyəcəyi ilə bağlı ehtimalına da münasibət bildirib: “Qarabağ”la hələ dörd ill müqaviləm var. Gələcəkdə başqa ölkənin komandasına keçsəm belə, Azərbaycan millisində məmnuniyyətlə oynamağa davam edərəm”.

R.Silva müsahibəsinin sonunda Azərbaycan dilində bu üç sozü də deyib: “Mən Azərbaycanı sevirəm!”


Daha çox


Son xəbərlər