Azərbaycan Premyer Liqasının bu gün keçirilən “Neftçi” - “Simurq” oyununu canlı olaraq stadiondan izləyən milli komandamızın baş məşqçisi Berti Foqts qarşılaşmanın fasiləsində müsahibə verib. Müsahibəni təqdim edirik.
- İlk 45 dəqiqə ərzində “Neftçi” - “Simurq” oyununun səviyyəsi sizi qane etdimi?
- Maraqlı oyun izlədik. İlk dəqiqələrdə “Simurq” bir qədər oynamağa çətinlik çəkirdi. Amma sonradan üstünlüyü ələ aldılar və rəqibdən daha yaxşı təsir bağışladılar. Qol epizodları da oldu. Amma əvvəldə niyə çətinlik çəkdiklərini bilmirəm.
- Meydanda olan və milliyə dəvət almayan futbolçulardan kimisə bəyəndiniz?
- Yox, hələ ki ilk 45 dəqiqədə belə bir futbolçu görmədim.
- “Neftçi”nin müdafiəçisi Məqsəd İsayev bu gün sizin milliyə dəvət etdiyiniz İlkin Qırtımovla eyni cinahda mübarizə aparır və ondan heç də geri qalmır...
- Bu, sizin fikrinizdir. Mən bir söz deyə bilmərəm.
- Hər halda, sizin də fikrinizi bilmək maraqlı olardı.
- Məqsəd İsayev haqda məlumatım var, onu tanıyıram. Amma bu gün sol cinahda niyə yer aldığını dəqiq bilmirəm.
- Üçüncü qapıçı kimi milliyə “Neftçi”dən Emil Balayevi dəvət etməyiniz də birmənalı qarşılanmadı. Hər halda, nadir hallarda meydana çıxan Balayev istər “Araz Naxçıvan”, istərsə də “Bakı” ilə oyunlarda elə də inamlı təsir bağışlamadı. Onu hansı xüsusiyyətinə görə yığmaya dəvət etmisiz?
- Emil Balayev gənc və yaxşı qapıçıdı. O, bacarığına görə gənclər arasında seçilir. Gələcəkdə milliyə fayda verə bilər.
- Özbəkistanla oyundan əvvəl Cihan Özkaraya sonuncu dəfə şans verdiyinizi bildirdiniz və o, etimadı doğrultmadı. Amma Özkaranın adı bu gün heyətdədir...
- Nəyə görə şans verdiyimi bilirəm. Bu gün siz onun əvəzinə Azərbaycan çempionatından kimi milliyə çağırmağımı istərdiniz?
- Məncə, “Araz Naxçıvan”dan Bəxtiyar Soltanovu sınamaq olardı...
- Bəxtiyarı tanıyıram. Onun nəyə qadir olduğunu bilirəm. Əvvəllər Bəxtiyarı millidə sınamışam. Amma ümidlərimi doğrultmayıb. Cihan Özkara Bəxtiyar Soltanovdan daha güclü futbolçudur. Həm texnikasına, həm də meydandakı mübarizə əzminə görə.
- Rusiya ilə oyunda az qalıb. Bu matçda sizin üçün əsas olan nədir: Bolqarıstanla oyunöncəsi futbolçuları istədiyiniz kimi sınamaq, yoxsa nəticə?
- Rusiya ilə oyunda nəticə əsas deyil. Mənim üçün daha önəmli olan bu matçda futbolçularımı sınamaq, onların Bolqarıstanla oyundan əvvəl son durumlarına bələd olmaqdır.
Mənbə: futbolxeber.az
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi