“Partizan” bizdən güclü deyildi” – Elvin Yunuszadə

“Partizan” bizdən güclü deyildi” – Elvin Yunuszadə
GÜNDƏM 29 Avqust 2014 / 12:35 3358
-  A +

“İlk oyunda heç nədən uduzmuşduq. Bu dəfə qələbə qazanmaq istəyirdik. Ancaq havanın çox isti olması və meydançanın ot örtüyünün bərbad vəziyyətdə olması ounumuza təsir etdi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun müdafiəisi Elvin Yunuszadə Avropa Liqasının pley-off mərhələsinin “Partizan”la cavab matçından (1:2) sonra jurnalistlərə açıqlamasında deyib.

O, hər iki oyunda “Partizan”a məğlub olaraq turnirdə mübarizəni dayandırmaqlarına baxmayaraq rəqibdən zəif olmadıqlarını  bildirib: “Başabaş oyun getdi. “Partizan” bizdən güclü deyildi. Sadəcə ilk oyunun nəticəsi onlara sərf etdiyi üçün daha rahat oynayırdılar. İstər-istəməz rəqib top saxlamalı idi. Ot örtüyünün pis vəziyyətdə olması hücum etmək istəyən komandaya mane olur. Təəssüf ki, stadiona gələn xeyli sayda azarkeşimizi sevindirə bilmədik. Qismətimizdə qələbə qazanamq yox imiş. Bundan sonra çempionat oyunlarına ciddi yanaşmalıyıq. Çempionatda yaxşı nəticə qazanmalıyıq ki, gələn il də ölkəmizi avrokuboklarda təmsil edək”.

Daha çox


Son xəbərlər
20.07.25  13:57

"Real" onu göndərir

20.07.25  11:39

"Roma"dan yeni transfer

19.07.25  18:25

"Real"da qalır