“Mançester Yunayted” şokda - 0:4

“Mançester Yunayted” şokda - 0:4
GÜNDƏM 27 Avqust 2014 / 11:45 5322
-  A +

İngiltərə Liqa Kubokunun ikinci turunda sensasiyalı nəticə qeydə alınıb.

Qol.Az-ın məlumatına görə, səfərdə birinci liqa təmsilçisi "Milton Kins Dons"la qarşılaşan "Mançester Yunayted" klubu rəqibinə 0:4 hesabı ilə darmadağın olub və turnirdə mübarizəni dayandırıb.

Bununla da hollandiyalı mütəxəssis Lui van Qal "MY" ilə çıxdığı üçüncü rəsmi matçında da qalib gələ bilməyib.

Qeyd edək ki, "MY" bundan əvvəl İngiltərə Premyer Liqasının ilk turunda "Suonsi"yə uduzub (1:2), "Sanderlend"lə isə bərabərə qalıb - 1:1.

Daha çox


Son xəbərlər