Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün baş tutacaq beş qarşılaşmadan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Azərbaycanlı azarkeşlərin də maraqlı gözləiyi qarşılaşma Londonda baş tutub. Burada yerli “Arsenal” Türkiyənin “Beşiktaş” klubu ilə qarşılaşıb. Komandalar arasında Türkiyədə keçirilən ilk oyunda qapılara qol vurulmayıb - 0:0. Cavab matçında 1:0 hesabı ilə qalib gələn "Arsenal" qrup mərhələsində oynamaq hüququ qazanıb.
“Qarabağ”ı Çempionlar Liqasının pley-off mərhələsində mübarizədən kənarlaşdıran “Zalsburq” səfərdə İsveçin “Malmö” klubu ilə qarşılaşıb. İlk oyun 2:1 hesabı ilə qələbə qazanan Avstriya təmsilçisi səfərdə rəqibinə böyük hesabla uduzaraq mübarizəni dayandırıb - 0:3.
Digər oyunlarda "Ludoqorets" (Bolqarıstan) "Styaua" (Rumıniya) klubunu qəbul edib. Matçın son dəqiqələrində qələbə qolunu vuran Bolqarıstan təmsilçisi oyunu əlavə vaxta daşıyıb. Burada qol olmadığından görüşün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Bu seriyada daha dəqiq oynayan "Ludoqorets" klubu qrup mərhələsində iştirak hüququ qazanıb - 6:5.
"Atletik" (Bilbao, İspaniya) öz meydanında "Napoli" (İtaliya) klubunu 3:1, "Bayer" (Leverkuzen, Almaniya) isə "Kopenhagen"i (Danimarka) 4:0 hesabı ilə məğlub etməklə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Bununla da, Çempionlar Liqasında qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib. "Zenit" (Rusiya), APOEL (Kipr), BATE (Belarus), "Maribor" (Sloveniya) və "Portu" (Portuqaliya) klublarının ardından "Arsenal" (İngiltərə), "Atletik" (Bilbao, İspaniya), "Bayer" (Leverkuzen, Almaniya), "Malmö" (İsveç) və "Ludoqorets" klubları qrup mərhələsinə vəsiqəni təmin ediblər.
27 avqust
Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları
23:45. "Arsenal" (İngiltərə) - "Beşiktaş" (Türkiyə) (İlk oyun - 0:0) - 1:0
Qol: Aleksis Sançez, 45+1 (1:0)
Qırmızı vərəqə: Matye Debuşi, 75 ("Arsenal")
23:45. "Atletik" (Bilbao, İspaniya) - "Napoli" (İtaliya) (İlk oyun - 1:1) - 3:1
Qollar: Hamşik, 47 (0:1), Aduriz, 61 (1:1), 69 (2:1), İbay, 73 (3:1)
23:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 3:2) - 4:0
Qollar: Son Heuqn-Min, 2 (1:0), Hakan Çalhanoğlu, 7 (2:0), Kislinq, 31-pen (3:0), Kislinq, 65 (4:0)
23:45. "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) (İlk oyun - 0:1) - 1:0 (Penaltilər seriyası - 6:5)
Qol: Vanderson, 90 (1:0)
Qırmızı vərəqə: Stoyanov, 119 ("Ludoqorets")
23:45. "Malmö" (İsveç) - "Zalsburq" (Avstriya) (İlk oyun - 1:2) - 3:0
Qollar: Rosenberq, 11 (1:0), Erikson, 19 (2:0), Rosenberq, 84 (3:0)
26 avqust
21:00. "Zenit" (Rusiya) - "Standart" (Belçika) (İlk oyun - 1:0) - 3:0
Qollar: Rondon, 30 (1:0), Halk, 54-pen (2:0), 58 (3:0)
Qırmızı vərəqələr: Fayzulin, 44 ("Zenit"), Fati, 89 ("Standart")
23:45. APOEL (Kipr) - "Olborq" (Danimarka) (İlk oyun - 1:1) - 4:0
Qollar: Oliviera, 28 (1:0), Vinsent, 43 (2:0), Aloneftis, 64 (3:0), Şeridan, 75 (4:0)
23:45. BATE (Belarus) - "Slovan" (Slovakiya) (İlk oyun - 1:1) - 3:0
Qollar: Qordeyçuk, 41 (1:0), Krivets, 84 (2:0), Rodionov, 85 (3:0)
23:45. "Seltik" (Şotlandiya) - "Maribor" (Sloveniya) (İlk oyun - 1:1) - 0:1
Qol: Tavares, 75 (0:1)
23:45. "Portu" (Portuqaliya) - "Lill" (Fransa) (İlk oyun - 1:0) - 2:0
Qollar: Brahimi 49 (1:0), Martinez, 69 (2:0)
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi