"Məqsədimiz bəllidir - Avropa Liqasının qrup mərhələsinə düşmək. Hər bir qol epizodundan maksimum yararlanmalıyıq. Bu, daha səviyyəli rəqiblərlə qarşılaşmağımız üçün əla fürsətdir. Öz işimizlə məşğul olmalıyıq. Hər şey özümüzdən asılıdır".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Serbiya mətbuatına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" ilə cavab görüşündə də məğlub olmayacaqlarına əminliyini ifadə edib: "Neftçi"nin də zəif tərəfləri var. Ancaq bu barədə danışmaq istəmirəm. Komandamda olan atmosfer və futbolçuların oyun səviyyələrini artırmaları məni sevindirir. Evdə qalib gəldik, səfərdə də qələbə qazanmağa çalışacağıq. Dekabr ayından bu yana cəmi bir dəfə məğlub olmuşuq. Əminəm ki, Bakıda da bu seriyanı davam etdirəcəyik.
"Neftçi"yə qol vurmaq şansı verməməliyik. Müdafiə və ya hücum futbolu oynacağımızla bağlı danışmaq mənasızdır. Taktiki cəhətdən intizamlı oynamağa çalışacağıq. Biz artıq Belqradda "Neftçi" ilə oynamışıq və onları yaxşı tanıyırıq. Belqradda "Neftçi" və "Ludoqorets"lə görüşlərdə olduğu kimi Bakıda da iki qol buraxacağımızı düşünmürəm. Oyunun əvvəllərində bizdə həyəcan var idi və artıq bunlar həllini tapmalıdır. Futbol 90 dəqiqə oynanılır və hər şeyə final fitindən sonra aydınlıq gəlir. Biz 90 dəqiqə ərzində diqqətli oynamalıyıq".
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" oyunu saat 21:00-da başlayacaq. Bu komandalar arasında Belqradda baş tutan görüş 3:2 hesabı ilə Serbiya təmsilçisinin xeyrinə başa çatıb.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi