Balotelli rəsmən "Liverpul"da

Balotelli rəsmən "Liverpul"da
GÜNDƏM 25 Avqust 2014 / 21:28 3723
-  A +

"Liverpul" Mario Balotellini transfer etdiyini təsdiqləyib.

Qol.Az-ın xəbərinə görə, klub rəsmi saytı vasitəsi ilə oyunçunu heyətlərinə cəlb etdiyini açıqlayıb. İtaliyalı hücumçu ilə imzalanan müqavilənin müddəti və təzminat qiyməti barədə məlumat verilməyib. Onun "Liverpul"da 45 nömrəli forma geyəcəyi bildirilib.

İspaniya mətbuatı isə "Liverpul"un Balotelli üçün "Milan"a 20 milyon avro ödədiyini iddia edib.

 

Daha çox


Son xəbərlər